Xəbər verildiyi kimi, bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında bəzi qanun layihələrinə təklif edilən dəyişikliklər müzakirə edilib.
FED.az xəbr verir ki, bəzi dəyişikliklər Vergi Məcəlləsi ilə bağlı olub.
Məcəlləyə dəyişikliklərin müzakirəsində millət vəkilləri İqbal Məmmədv, və Məhşur Məmmədov və İqbal Məmmədov vergi xidmətinin bəzi tədbirləri, o cümlədən xronometraj təyin edilməsi ilə bağlı addamları tənqid ediblər.
Məşhur Məmmədov bildirib ki, vergi əməkdaşları bəzi obyektlərin dövriyyəsini müəyyən etmək üçün xronometrajı bilərəkdən elə vaxtda təyin edirlər ki, həmin vaxt dövriyyə böyük olsun.
«Gül mağazasına xronometraj 8 martda təyin edilir, şadlıq evinə və turizm obyektlərinə xronometraj pik vaxtı təyin edilir. Bundan ən çox narazılıq edən də şadlıq evləri və mövsümi bizneslə məşğul olan obyektlərdir».
Millət vəkilləri bildirib ki, ilin bəzi dövrlərində toy məclisləri çox olsa da, məhərrəmlik və digər dövrlərdə məclislərin sayı azalır.
«Hamımız bilirik ki, martın 7-8-də Azərbaycnda az qala il boyu satılan qədər qədər gül satılır. Həmin dövrlər xronometraj təyin etmək düzgün deyil»-deyə millət vəkili bildirib.