İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən vergi inzibatçılığı sahəsində həyata keçirilən tədbirlərin bir hissəsi kiçik və orta sahibkarlıq subyektlərinin vergi hesabatlarının verilməsinə, eyni zamanda vergilərin ödənilməsinə sərf edilən vaxtın və inzibati yükün azaldılması ilə bağlıdır. Bu səbəbdən muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vergi ödəyiciləri tərəfindən təqdim olunan “Vahid bəyannamə”nin göndərilməsi prosesi asanlaşdırılıb.
Mikro sahibkarlar üzrə vergi güzəşti ləğv edilir - 20 FAİZ VERGİ ÖDƏNİLƏCƏK
FED.az xəbər verir ki, bu, Xidmətin yaydığı məlumatda bildirilir.
Qeyd edilib ki ki, “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vahid bəyannamə”nin optimallaşdırılması və təkmilləşdirilməsi istiqamətində müvafiq işlər aparılıb və sadələşdirilmiş vahid bəyannamə forması hazırlanıb. Bu, vergi ödəyicilərinin inzibati yükünü azaltmaqla yanaşı, mikro və kiçik sahibkarlıq subyektlərinin xidmət mərkəzlərinə müraciət etmədən bəyannanmənin rahat şəkildə təqdim olunmasına imkan verir.
Bu bəyannamə ilkin mərhələdə işçisi olmayan fiziki şəxslər tərəfindən tərtib edilir. Yeni formaya aid proqram təminatı 2023-cü ilin IV rübündən etibarən istifadəyə verilib və sadələşdirilmiş interfeys formasında sistemə keçid təmin edilib.
Sadələşdirilmiş bəyannamə forması vergi ödəyicilərinin uçot – baza və son bəyannamə məlumatlarına əsasən proqram təminatı tərəfindən əvvəlcədən doldurularaq ödəyicilərə təqdim edilir. Vergi ödəyicisi həmin məlumatlarla razı olduqda, bəyannaməni gücləndirilmiş elektron imza vasitəsilə təsdiq edərək vergi orqanına göndərir. Məlumatlarda dürüstləşməyə zərurət yarandıqda, vergi ödəyicisi düzəliş edərək bəyannaməni təsdiqləyə bilər.
Vergi inzibatçılığı sahəsində həyata keçirilən yeniliklər barədə vergi ödəyicilərinin daha geniş məlumatlandırılması məqsədilə işçisi olmayan fiziki şəxslər üzrə sadələşdirilmiş formanın tərtib edilməsi və göndərilməsi barədə müvafiq videotəlimat da hazırlanıb. Videotəlimatda “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vahid bəyannamə”nin sadələşdirilmiş formada onlayn tərtib olunması və göndərilməsi prosesi əks etdirilir.
Videotəlimatla aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür: