İkin məlumata görə, Dövlət Gömrük Komitəsi cari ilin yanvar-oktyabr ayları üzrə nəzərdə tutulan büdcə öhdəliyinə 111,73 faiz əməl edib.
FED.az xəbər verir ki, bu barədə Komitənin sədri Səfər Mehdiyev deyib.
O bildirib ki, nəzərdə tutulan proqnozdan əlavə 373,75 milyon manat gömrük ödənişlərinin toplanaraq dövlət büdcəsinə köçürülməsi təmin olunub.