Xarici vətəndaş Azərbaycana gəlmədən onlayn şəkildə imza ala bilər.
Samirə Musayeva: "Sanksiya tətbiq edilən fiziki şəxslərin və qurumlanın hüquqi şəxs təsis etmək hüquqları məhdudlaşdırılır"
FED.az xəbər verir ki, bu barədə Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Biznesə daxilolma” İşçi qrupunun rəhbəri, Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva İşçi qrupun iclasında bildirib.
O bildirib ki, xarici vətəndaşın ölkəyə gəlmədən gücləndirilmiş imzanı tam rəqəmsal şəkildə əldə etməsi mümkündür.
"Xarici fiziki şəxsin Azərbaycanda dövlət qeydiyyatına alınması üçün 5 gün, xarici hüquqi şəxsin isə qeydiyyata alınması üçün isə 12 gün müddət tələb olunur". - deyə rəiz müavini əlavə edib.