2023-cü ili Dövlət Vergi Xidməti üçün uğurlu bir il adlandırmaq olar.
FED.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli bu gün keçirilən “Vergi sistemi yeni inkişaf dövründə: davamlı iqtisadiyyat üçün strateji hədəflər” adlı Forumda deyib.
Dövlət Vergi Xidmətinin üzərinə düşən fiskal öhdəliklərin icrası təmin edilib, dövlət büdcəsinə 16,1 milyard manatdan çox vergi daxilolması səfərbər edilib. 2023-cü ildə həm iqtisadi artımın, həm də şəffaflaşma tədbirlərinin davam etməsi şəraitində nəzərdə tutulandan əlavə 1,1 mlrd. manat daxilolma təmin edilib.