İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye parklarında tətbiq edilmiş idxal, ƏDV və gömrük güzəştləri nəticəsində rezidentlər bu günə qədər 460 milyon manatdan çox vəsaitə qənaət edib.
Şirkət və sahibkarların vergidən azad olması üçün – DAHA BİR ÜSUL – KLASTER YARADIN
FED.az xəbər verir ki, bunu Dövlət Vergi Xidməti açıqlayıb.
Qeyd edilib ki, bununla yanaşı, hesab edilir ki, Azərbaycanda sənaye parklarına yatırılan hər bir dollar investisiya sonra 4 dəfə çox gəlir gətirəcək.
İndiyənədək ölkədə fəaliyyət göstərən 7 sənaye parkı, 5 sənaye məhəlləsinə 6,6 milyard manatdan cox investisiya yatırılıb ("Marja").