Yeddi il qeydiyyatda oldugum mənzili satarkən hansı vergi güzəştindən istifadə edə bilərəm?
Azərbaycanda kartla ev və obyekt alanlara 7 milyon manata yaxın ƏDV geri qaytarılıb
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən FED.az biznes və maliyyə xəbərləri portalına bildirilib ki, mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsini həyata keçirən fiziki şəxslər sadələşdirilmiş verginin ödəyicisi hesab olunur.
1 yanvar 2020-ci il tarixdən fiziki şəxslərin xüsusi mülkiyyətində yaşayış sahəsində yaşayış yeri üzrə qeydiyyat müddətindən və ya qeydiyyatda olub-olmamasından asılı olmayaraq, həmin yaşayış sahəsinin təqdim edilməsi zamanı 30 kvadratmetr olan sahə sadələşdirilmiş vergidən azad edilir. Bu zaman fiziki şəxs 3 təqvim ilindən az müddətdə qeydiyyatda olduqda yaşayış sahəsi təqdim edərkən həmin yaşayış sahəsinin 30 kvadratmetr olan hissəsi çıxılmaqla qalan sahənin hər kvadratmetrinə sadələşdirilmiş vergi hesablanır. Verginin məbləği satılan mənzilin sahəsinin hər kvadratmetrinə 15 manat olmaqla Vergi Məcəlləsi ilə müəyyən olunmuş əmsalın tətbiq edilməsi ilə müəyyən olunur. Yaşayış sahəsinin ölçüsü mülkiyyət hüququnu təsdiq edən sənədə (çıxarışa) əsasən müəyyən olunur.
Sorğunuza cavab olaraq bildiririk ki, Vergi Məcəlləsinin 218-1.1.5.1-ci maddəsinə əsasən, fiziki şəxslər tərəfindən azı 3 təqvim ili ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsi vergidən azaddır.
Əsas: Vergi Məcəlləsinin 218.4.3-cü, 218-1.1.5.1-ci və 220.8-ci maddələri











