Bu ilin yanvar-sentyabr ayları ərzində Naxçıvan Muxtar Respublikasında 4340 yeni vergi ödəyicisi qeydiyyata alınıb.
Naxçıvanda vergi ödəyicilərinə verilən Asan İmza sayı - 4,4 DƏFƏ ARTIB
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən FED.az-a verilən məlumata görə, bunların 89,6 faizi fiziki, 10,4 faizi hüquqi şəxslər və digər təşkilatlar olub. Ötən ilin eyni dövrü ilə müqayisədə qeydiyyata alınan vergi ödəyicilərinin sayı 2 dəfə, o cümlədən fiziki şəxslərin sayı 1,8 dəfə, hüquqi şəxslərin sayı isə 32 dəfə artıb.
Yanvar-sentyabr aylarında kommersiya qurumlarının 64 faizi elektron qaydada, 36 faizi isə kağız daşıyıcılar vasitəsilə müraciətlər əsasında uçota alınıb.