İşçinin vergiyə cəlb olunan gəliri 2.500 manatdan çox olduqda 350 manat + 2.500 manatdan artıq olan məbləğin 25 faizi həcmində gəlir vergisi tutulur. Burada qeyd olunan 350 manat nəyi ifadə edir?
Mikro sahibkarlar üzrə vergi güzəşti ləğv edilir - 20 FAİZ VERGİ ÖDƏNİLƏCƏK
Azərbaycanda vergi ödəyicilərinə borcunu ödəmək üçün - VAXT VERİLƏCƏK
FED.az xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, fiziki şəxs neft-qaz sahəsində və ya dövlət sektoruna aid edilən vergi ödəyicilərində işlədiyi halda, Vergi Məcəlləsinin 101.1-ci maddəsinə əsasən, muzdla işləyən fiziki şəxsin vergi tutulan aylıq gəlirinin məbləği 2.500 manatadək olduqda 14 faiz, 2.500 manatdan çox olduqda isə 350 manat üstəgəl 2.500 manatdan çox olan məbləğin 25 faiz dərəcəsi ilə gəlir vergisi tutulur. Sorğuda qeyd olunan 350 manat 2.500 manatın 14 faizinə bərabərdir.
Ətraflı məlumat üçün “Əmək haqqından tutulmaların hesablanması kalkulyatoru”ndan istifadə edə bilərsiniz.