Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan hüquqi şəxsə Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən dövlət büdcəsi vəsaiti hesabına ayrılan subsidiya məbləği mənfəət vergisinə cəlb edilirmi?
Bizneslə özünüz məşğul olmayacaqsınızsa, MMC yaradıb, möhürü başqasına verməyin! - VERGİ XİDMƏTİNDƏN XƏBƏRDARLIQ
FED.az xəbər verir ki, Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 2023-cü yanvarın 1-dən qüvvəyə minmiş müddəalarına əsasən, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən sənaye üsulu ilə) hüquqi şəxslərin satışdankənar gəlirləri, kənd təsərrüfatı məhsullarının istehsalı ilə əlaqədar hüquqi şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına verilən subsidiyalar, eləcə də bu məhsulların istehsalı ilə məşğul olan (o cümlədən sənaye üsulu ilə) rezident hüquqi şəxslərin iştirakçıları olan hüquqi şəxslərin dividend gəlirləri cari ilin yanvarın 1-dən 1 il müddətinə mənfəət vergisindən azaddır.
Qeydolunanlara əsasən, dövlət büdcəsi vəsaiti hesabına kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan hüquqi şəxsə ayrılan subsidiya məbləği hüquqi şəxsin satışdankənar gəlirlərinə aid edilməklə mənfəət vergisindən azad edilib.