Koronravirus pandemiyasına baxmayaraq, bu il vergi və gömrük orqanları proqnozdan artıq vəsait toplamağı bacarıblar.
FED.az xəbər verir ki, prezident İlham Əliyev TV-lərə müsahibəsində pandemiyanın yaratdığı problemlərə baxmayaraq vergi-gömrük yığımlarının proqnozdan artıq olduğunu açıqlayıb.
Eləcə də bax: Prezident TV-lərə müsahibəsi - TAM MƏTN
«Altı ay ərzində vergi və gömrük orqanları büdcəyə proqnozdan əlavə 423 milyon manat cəlb edə biliblər. Bunun 98 milyon manatını gömrük, qalan böyük hissəsini vergi orqanları təmin edib. Nəyin hesabına? Məhz şəffaflığın, dürüstlüyün hesabına, kölgə iqtisadiyyatının daralmasının hesabına. Yəni, biz bu islahatları ən böhranlı məqamda da aparırıq və gözəl nəticələr əldə edirik. Əlbəttə ki, mən demişəm, bu vəsaitin hamısı ancaq sosial layihələrə, o cümlədən COVID-ə qarşı mübarizəyə xərclənəcəkdir».