Fərdi sahibkar kimi ƏDV qeydiyyatındayam. 2023-cü ilin yanvar ayının 8-də digər müəssisədən elektron qaimə-faktura əsasında mal almışam. Həmin malların dəyərini ödədiyim gün ƏDV depozit hesabında vəsait olmadığından, ƏDV məbləğini iki iş günündən sonra nağdsız qaydada qarşı tərəfin ƏDV depozit hesabına ödədim. Bu halda qanunvericiliyin tələbi pozulurmu?
Mikro sahibkarlar üzrə vergi güzəşti ləğv edilir - 20 FAİZ VERGİ ÖDƏNİLƏCƏK
FED.az xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 1 yanvar 2023-cü ildən qüvvəyə minmiş müddəalarına əsasən, vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən bir iş günü müddətində ƏDV-nin məbləği bu Məcəllə ilə və Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qaydada ödənilməlidir.
Qeyd olunanlara əsasən, yuxarıda göstərilən halda elektron qaimə-faktura üzrə alınmış malların dəyəri ödənilən gündən iki iş günü müddətində ƏDV-nin məbləği ödənildiyindən, vergi qanunvericiliyinin tələbləri pozulub və Vergi Məcəlləsinin 58.6-cı maddəsinə uyğun olaraq maliyyə sanskiyası tətbiq ediləcək.
Əsas: Vergi Məcəlləsinin 58.6-cı və 175.1.3-cü maddələri