Azərbaycan Respublikası Dövlət Vergi Xidməti daha bir əcnəbi futbolçunun ölkədən çıxışına məhdudiyyət qoyulmasını istəyir.
Vergi Xidməti şirkət rəhbəri olan İran vətəndaşının ölkədən çıxışına - “Stop” Qoyulmasını İstəyir
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, bu, Azərbaycanın futbol üzrə Premier Liqasının “Sabah” klubunun oyunçusu Spiro Perişiçdir (Špiro Peričić).
Xorvat futbolçu 2021-2022-ci illərdə Azərbaycanın futbol üzrə çempionatında çıxış edib.
Dövlət Vergi Xidmətinin 2 saylı ərazi Vergilər Baş İdarəsi Bakı Kommersiya Məhkəməsinə 1 may 2023-cü il tarixdə müraciət edərək, vergi ödəyicisi olan Spiro Perişiçin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraatın qoyulmasını xahiş edib.
Banker.az-ın 2 may 2023-cü il tarixinə olan məlumatına görə, onun dövlətə 5 758.55 manat həcmində vergi borcu yaranıb.
Qeyd edək ki, onun ölkədən çıxışına “stop” qoyulub-qoyulmaması kommersiya məhkəməsinin qərarından aşlı olacaq.
Bundan öncə, Azərbaycanda çalışmış ispan məşqçi və moldovan futbolçu ilə bağlı belə qərarlar qəbul edilməsi istənilmişdi.