MMC-nin ləğvi ilə əlaqədar şirkətə məxsus bank hesabının bağlanması üçün müraciət olunub. Bilmək istəyirik ki, bank hesabının bağlanması barədə neçə gün ərzində bank tərəfindən vergi orqanına məlumat təqdim ediləcək?
Mikro sahibkarlar üzrə vergi güzəşti ləğv edilir - 20 FAİZ VERGİ ÖDƏNİLƏCƏK
FED.az xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 1 yanvar 2023-cü ildən qüvvəyə minmiş müddəalarına əsasən, vergi ödəyicilərinə məxsus hesablar bank əməliyyatı aparan şəxslər tərəfindən bağlandıqda həmin şəxslər bu barədə məlumatı hesabın bağlandığı tarixdən 1 iş günü müddətində elektron qaydada Dövlət Vergi Xidmətinə göndərməlidirlər.
Əsas: Vergi Məcəlləsinin 35.6-cı maddəsi