Bu ilin yanvar-oktyabr aylarında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 7 362,4 mln. milyon manat vergi daxil olub, proqnoza 122,4% əməl edilib.
Eləcə də bax: Azərbaycanda vergi ödəyicilərinə - GÜZƏŞTLƏR EDİLƏCƏK
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, DVX-dən verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi daxilolmaları 15,8% və ya 1 mlrd. manatdan çox artıb.
Cari ilin 10 ayında qeyri-neft sektorundan daxilolmalar 5 379,6 mln. manat olub, proqnoza 115,9% əməl edilib. Dövlət büdcəsinə proqnozdan əlavə 736,5 mln. manat daxil olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 12,9% və ya 616,5 mln. manat artıb.
Qeyri-neft sektorunun özəl bölməsi üzrə cəmi vergi daxilolmaları əvvəlki ilin eyni dövrü ilə müqayisədə 19,4% artaraq 4,88 milyard 88,6 milyon manat təşkil edib. Regionlar üzrə daxilolmalar 788,8 mln. manat olmaqla proqnoz 114,6% icra edilib, ötən illə müqayisədə bu mənbədən daxilolmalar 8,3% artıb.
Ödənilmiş vergilərin 73,1%-i qeyri-neft sektorunun, 26,9%-i isə neft-qaz sektorunun payına düşüb.