2023-cü ilin may ayının 1-nə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 2,9 faiz artaraq 732,2 min olub.
Yeni nəsil NKA-lar vasitəsilə dövriyyə 6,7 mlrd. manat - TƏŞKİL EDİB
Dövlət Vergi Xidmətindən FED.az-a verilən məlumata görə, hesabat dövründə aktiv ƏDV ödəyicilərinin sayı 5,1 faiz artıb və 42 min təşkil edib.
Aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı isə ilin əvvəli ilə müqayisədə 2,1 faiz artaraq 193,2 minə çatıb.