İndiyədək ölkə ərazisində 88 min 454 ədəd yeni nəsil nəzarət-kassa aparatları (NKA) quraşdırılıb.
Yeni nəsil NKA-lar vasitəsilə dövriyyə 6,7 mlrd. manat - TƏŞKİL EDİB
FED.az Dövlət Vergi Xidmətinin yaydığı məlumata istinadən xəbər verir ki, bu növ NKA-lardan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb.
Cari ilin yanvar-aprel ayları ərzində yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 6,7 mlrd. manat olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 20,1% çoxdur. (Apa)