Vergi qanunvericiliyinə görə nəqliyyat vasitələrinə əmlak vergisi tətbiq edilirmi?
İcarə müqaviləsi bağlayan fiziki şəxsin - Vergi Öhdəliyi Yaranırmı?
Dövlət Vergi Xidmətindən FED.az-a bildirilib ki, Vergi Məcəlləsinə əsasən müəssisələrin, habelə fərdi sahibkarların balansında olan əsas vəsaitlər (o cümlədən nəqliyyat vasitələri) əmlak vergisinin vergitutma obyektini təşkil edir. 2022-ci il yanvarın 1-dən müəssisələrin balansında olan nəqliyyat vasitələri üçün əmlak vergisi hesablanılıb ödənilməlidir.
Eyni zamanda, fiziki şəxslərə məxsus sahibkarlıq fəaliyyətində istifadə olunmayan minik avtomobilləri əmlak vergisindən azaddır.