2023-cü ilin oktyabr ayının 1-i vəziyyətinə aktiv vergi ödəyicilərinin sayı 752,5 min olub.
FED.az bu barədə Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Qeyd edək ki, bu ilin əvvəli ilə müqayisədə 5,7 faiz çoxdur.
Hesabat dövründə aktiv ƏDV ödəyicilərinin sayı 11,0 faiz artıb və 44,3 min təşkil edib
. Aktiv təsərrüfat subyektlərinin (obyektlərin) sayı isə ilin əvvəli illə müqayisədə 6,8 faiz artaraq 202,1 minə yüksəlib.