Tikinti şirkəti
Baş mühasib
Son tarix 30 may 2024 - [email protected]
Tələblər:
- Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyətin təşkili və onun icrasına nəzarət;
- Vergi hesabatlarının (Sadələşdirilmiş, Gəlir, ƏDV, ÖMV, Mənfəət) hazırlanması və təqdim edilməsi;
- Əmək haqqı, məzuniyyət, xəstəlik vərəqəsi və ezamiyyənin hesablanmalarının yoxlanılması və ödənişləri;
- Bank və kassa əməliyyatları;
- Tender üçün sənədlərin hazırlanması;
- İnventarizasiya prosesinin həyata keçirilməsi;
- Əsas vəsaitlərin uçota alınması və sayımının həyata keçirilməsi;
- Mal-materialların alışı, satışı, yerdəyişməsi və silinməsi ilə bağlı uçotun aparılması, sənədləşmə işlərinin təmin edilməsi;
- Debitor və kreditor borclarının uçotu, üzləşmələrin aparılması və idarəedilməsi;
- Hesabatların hazırlanması (ƏDV, ÖMV, əmlak, statistik hesabat, DSMF, mənfəət vergisi hesabatı) ;
- Uçot üzrə bütün əməliyyatların 1C 8.3. proqramına işlənilməsi;
- Vergi, gömrük və digər dövlər orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması;
- İş prosesi ilə bağlı rəhbərlik tərəfindən verilən digər tapşırıqların icrası.
Vəzifəyə tələblər:
- Təhsil : Ali (mühasibatlıq, maliyyə)
- Sertifikat- Orta və iri sahibkarlıq fəaliyyəti üzrə PMS sertifikatı
- Dil bilikləri: Azərbaycan dili-əla, Rus dili-orta. (İngilis dili bilən namizədlərə üstünlük veriləcəkdir.)
- Təcrübə: 5 ildən artıq
- Vergi, gömrük, mülki və digər əlaqəli qanunvericilik sahələri üzrə biliklər;
- Riyazi məntiq, analitik düşünmə və təhliletmə bacarığı;
- Detallara diqqət, məsuliyyətlilik, dəqiqlik və etibarlılıq.
Həftədə 5 iş günü;
İş saatları: 09:00-18:00;
Ə/h müsahibə əsasında, şəxsin bilik və bacarıqlarına uyğun olaraq qiymətləndirləcəkdir.
Vakansiyaya müraciət üçün CV-nizi “Baş mühasib" mövzusu ilə email ünvanına göndərməyiniz xahiş olunur.