Zeta Group
Mağaza Meneceri köməkçisi (Oyuncaq sektoru)
Son tarix 24 avq 2024 - [email protected]
The Entertainer mağazalar şəbəkəsinə Mağaza menecerinə gündəlik iş əməliyyatlarında dəstək olmaq üçün özünə güvənən və etibarlı Mağaza Meneceri köməkçisi axtarırıq. Mağaza menecerinin köməkçisinin vəzifələrinə işçi heyətinin öyrədilməsi, inventarın idarə edilməsi, təhlükəsiz, təmiz və estetik baxımdan xoş gələn mağaza mühitinin təmin edilməsi və müştərilərə köməklik daxildir. Siz həmçinin müştəri şikayətlərini və hər hansı işçi problemlərini operativ şəkildə həll edə bilməlisiniz.
Namizədə tələblər:
- 23-28 yaş arası bəy namizədlər:
- Azərbaycan və Rus dillərində sərbəst şəkildə danışıq;
- Pərakəndə satış idarəçiliyi təcrübəsi;
- Komandanın hazırlanması və idarə olunması təcrübəsi;
- Güclü liderlik və insanları idarəetmə bacarıqları;
- Əla ünsiyyət və təşkilatçılıq bacarığı;
- Qərar vermə və problem həll etmə bacarıqları;
- 1C və MC Office proqramlarında sərbəst işləmək.
İş barədə məlumat:
- Mağaza menecerinə gündəlik iş əməliyyatları, müştəri xidməti və ticarətin bütün sahələrində kömək etmək;
- Gündəlik əməliyyatların əlaqələndirilməsi, monitorinqi və hesabatların verilməsi;
- İşçilərin işə götürülməsi, öyrədilməsi və onlara nəzarət edilməsi;
- İşçilərin iş qrafikini idarəetmək, iş performansını yoxlamaq və intizam tədbirlərini həyata keçirmək;
- Yeni satış və işə götürmə strategiyalarının hazırlanmasında köməklik göstərmək;
- Mağaza mühitinin sağlamlıq və təhlükəsizlik qaydalarına uyğun olmasını təmin etmək;
- Müştərilərin şikayət və narahatlıqlarını vaxtında həll etmək;
- Mağaza siyasət və prosedurlarına əməl olunmasını təmin etmək.
İş şərtləri:
- İş günü: 6 günlük növbəli qrafik, həftədə 1 gün istirahət
- Əmək haqqı: 800-900 AZN+satışdan bonuslar
Göstərilən tələblərə uyğun namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Mağaza meneceri köməkçisi” yazaraq email ünvanına göndərmələri xahiş olunur.