Zeta Group
Mağaza meneceri (Geyim sektoru)
Son tarix 10 apr 2025 - [email protected]
Namizədə tələblər:
- Xanım namizəd
- İş təcrübəsi: Satış sahəsində 5+ il
- Dil bilikləri: Azərbaycan (əla), Rus dili (əla)
- Kompyuter bilikləri: 1C 8.3 (əla)
Şəxsi keyfiyyətlər:
- Problemləri həll etmə bacarığı
- Düzgünlük və Dəqiqlik
- Analiz etmə bacarığı
Əsas vəzifə öhdəlikləri:
- Çalışdığı mağazanın müəyyən olunmuş vaxtda açılıb-bağlanmasına nəzarət edilməsi;
- Satışın effektiv həyata keçirilməsinin təmin edilməsi;
- Qoyulmuş satış hədəflərinə çatmaq üçün müvafiq tədbirlərin görülməsi;
- Müştəri məmnuniyyətinin qorunması istiqamətində tədbirlərin həyata keçirilməsi;
- Mağaza daxilində yaranan texniki və digər maddi vəsaitlərlə bağlı problemlərin həll edilməsi üçün müvafiq struktur bölmələrinin məlumatlandırılması;
- Mağazanın brendlərin verdiyi göstərişlərə əsasən müvafiq qaydada nizamlanmasını təmin etmək VM (Vizual Merçendayzinq);
- Malların qaytarılması və dəyişdirilməsi üzrə hesabatlara nəzarət etmək və onları yoxlamaq, tələb olunan bütün məlumatların qeyd olunmasını təmin etmək;
- Mağazanın satış heyətinin və digər heyət üzvlərinin işinə nəzarət etmək, işçilərə nəzarət etmək, tapşırıqları bölüşdürmək, işçilərin problemlərini idarə etmək və iş cədvəllərini hazırlamaq;
İş şərtləri:
- İş vaxtı: 2 növbəli qrafik
- İş günü: 6 günlük, həftədə 1 gün istirahət
- Əmək haqqı 1000 AZN + satışdan bonuslar
Maraqlanan şəxslər öz CV formalarını elektron poçt ünvanına göndərə bilər (məktubun mövzu bölməsində, vakansiyanın adını qeyd edin)
Qeyd: Yuxarıda qeyd olunanları nəzərə alaraq, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.