Yelo Bank
Məlumat mərkəzi üzrə kiçik mütəxəssis
Son tarix 08 iyn 2023 - [email protected]
Siz elektron poçtun “mövzu” yerinə “Məlumat mərkəzi” qeyd etməklə öz CV-lərinizi göndərə bilərsiniz.
Struktur: Alternativ kanallar ilə satış departamenti / Məlumat mərkəzi
Bilavasitə tabeçiliyi: Departament direktoru və ya şöbə meneceri.
Vəzifə öhdəlikləri:
- Müştərilər tərəfindən daxil olan zənglərin cavablandırılması;
- Sosial şəbəkələr, rəsmi səhifə vasitəsi ilə müştərilər tərəfindən daxil olan müraciətlərin cavablandırılması;
- Müştərilərə yüksək səviyyədə xidmətin göstərilməsi;
- Müraciətlərin qeydə alınması və müvafiq şöbələrə yönləndirilməsi;
- Daxil olan zəng zamanı satışın edilməsi və təyin olunmuş hədəflərə çatmaq;
- Aylıq hesabatların hazırlanması;
- Təhkim olunmuş əsas vəsaitlər və digər qiymətlilərə görə cavabdehlik daşıyır;
- Vəzifə öhdəliklərinin yerinə yetirilməsi zamanı AR qanunvericiliyin, o cümlədən Mərkəzi Bankın normativ xarakterli aktlarına və bankdaxili normativ sənədlərin tələblərinə əməl etmək.
Tələblər:
- Ali təhsil;
- Səlis Azərbaycan və Rus dili biliyi, İngilis dili arzuolunandır;
- Word və Excel proqramlarından istifadə bacarığı;
- Xidmət yönümlülük, yaradıcılıq və işdə operativlik;
- Komanda ilə işləmək bacarığı;
- Ünsiyyətcil və təmkinlə xidmət göstərmək bacarığı;
- İşində qarşılaşdığı çətinliklərə operativ həll tapma bacarığı.
Biz Sizə nə təklif edirik:
- Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
- Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
- Tibbi sığorta proqramına qoşulma;
- Müasir idarəetmə sistemi və mehriban kollektiv.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq