Veysəloğlu-Rossmann
Biznesə nəzarət üzrə Bölmə müdiri (Kommersiya analitiki)
Son tarix 27 avq 2026 - [email protected]
Vəzifə öhdəlikləri:
- Məhsullar üzrə satış qiymətlərinin və marja hesablamalarının hazırlanmasını və düzgünlüyünə nəzarəti təmin etmək;
- Təchizatçılarla bağlanmış müqavilələr üzrə kommersiya şərtlərini maliyyə baxımından təhlil etmək və müqavilə reyestrini idarə etmək;
- Təchizatçı bonusları (rebate), marketinq dəstəkləri və digər kommersiya gəlirlərinin hesablanmasını, izlənilməsini və uçotunun düzgün aparılmasını təmin etmək;
- Trade spend, promo xərcləri və digər kommersiya investisiyalarının səmərəliliyini təhlil edərək rəhbərliyə analitik hesabatlar təqdim etmək;
- Məhsul, kateqoriya, mağaza və təchizatçı üzrə gəlirlilik (profitability) analizlərini hazırlamaq və nəticələr əsasında təkliflər vermək;
- Satış, marja, bonus və digər kommersiya göstəriciləri üzrə dövri maliyyə və idarəetmə hesabatlarını hazırlamaq;
- Büdcə, proqnoz (forecast) və maliyyə modellərinin hazırlanmasında iştirak etmək;
- Qiymət dəyişiklikləri, bonus razılaşmaları və kommersiya məlumatları üzrə daxili nəzarət mexanizmlərinin tətbiqini və icrasını təmin etmək;
- Kommersiya göstəricilərini mütəmadi izləyərək riskləri müəyyən etmək və onların aradan qaldırılması ilə bağlı təkliflər hazırlamaq;
- Satınalma, Maliyyə, Kateqoriya İdarəetməsi və digər aidiyyəti şöbələrlə koordinasiyalı şəkildə çalışaraq analitik dəstək göstərmək;
- Rəhbərlik tərəfindən verilən digər analitik və maliyyə nəzarəti ilə bağlı tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək.
Namizədə tələblər:
- Ali təhsil – İqtisadi, Maliyyə və ya biznes istiqamətli;
- Müvafiq sahə üzrə minimum 2-3 il iş təcrübəsi (Business Controlling, Commercial Finance, Maliyyə Analitikası və ya Kommersiya Analitikası sahəsində təcrübəyə üstünlük verilir);
- Yaxşı səviyyədə MS Excel biliyi olmalı
- Analitik düşüncə, Komandada işləmək bacarığı.
- Maliyyə və Mühasibatlıq sahəsi üzrə sertifikatların (ACCA) olması mütləqdir.
Digər məlumatlar:
- Nahar və servis ilə təmin edilmə
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı
- 5 günlük tam iş qrafiki
- Korporativ mobil nömrə
Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “Biznesə nəzarət üzrə Bölmə müdiri (Kommersiya analitiki)” adını mövzu hissəsində qeyd etməklə CV formalarını Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Trade Marketinq üzrə Menecer
Son tarix 27 avq 2026 [email protected]
Əsas iş öhdəlikləri
- Rossmann mağazaları üçün Trade Marketinq strategiyasını, illik və aylıq fəaliyyət planlarını və kampaniya təqvimini hazırlamaq.
- Mövsümi kampaniyalar, yeni məhsullar, xüsusi günlər və brend aktivlikləri üzrə mağazadaxili satış konsepsiyalarını idarə etmək.
- Merchandising, planogram, display, promo zona, POSM, rəf və qiymət kommunikasiyası standartlarını hazırlamaq və tətbiqinə nəzarət etmək.
- Endirim, bundle, cross-selling, impuls alış, sampling və demo kimi satış təşviqi mexanikalarını hazırlamaq və optimallaşdırmaq.
- Private Label, beynəlxalq və lokal brendlər üzrə ayrıca Trade Marketinq planları və görünürlük həlləri hazırlamaq.
- Təchizatçılar və brend partnyorları ilə birgə layihələri, ortaq büdcələri və əməkdaşlıq imkanlarını idarə etmək.
- Yeni mağaza açılışları, mağaza yenilənmələri və xüsusi layihələr üzrə Trade Marketinq fəaliyyətlərini planlaşdırmaq və icra etmək.
- Müştərinin mağaza daxilində hərəkətini, satış göstəricilərini, kampaniya uplift-ini, mağaza performansını və ROI nəticələrini təhlil etmək.
- Trade Marketinq büdcəsinə, mağaza auditlərinə və standartların bütün filiallarda eyni səviyyədə tətbiqinə nəzarət etmək; aidiyyəti komandalarla koordinasiyalı işləmək.
Namizədə əsas tələblər
- Trade marketinq, shopper marketinq, kateqoriya idarəetməsi, satış və ya kommersiya planlaşdırması sahəsində ən azı 5 il təcrübə; retail və ya FMCG təcrübəsi vacibdir.
- Merchandising, planogram, POSM, promo mexanikaları, mağazadaxili aktivasiya və shopper davranışı üzrə güclü bilik.
- Satış, kampaniya uplift-i, ROI, promo effektivliyi, stok və mağaza performansı məlumatlarını təhlil etmək bacarığı.
- Büdcə planlaşdırılması, xərc nəzarəti, təchizatçı əməkdaşlığı və kommersiya danışıqları üzrə təcrübə.
- Excel proqramında yüksək səviyyədə işləmək bacarığı; Power BI, ERP və digər analitik sistemlər üzrə bilik üstünlükdür.
- Güclü layihə idarəetməsi, prioritetləşdirmə, təqdimat, danışıqlar və müxtəlif komandalarla işləmək bacarığı.
- Azərbaycan dilində səlis ünsiyyət və ingilis dilində peşəkar materiallarla işləmək bacarığı; rus dili biliyi üstünlükdür.
- Filiallara mütəmadi səfər etməyə hazır olmaq; Private Label portfeli və Trade Marketinq sisteminin qurulması təcrübəsi üstünlükdür.
Digər məlumatlar:
- Nahar və servis ilə təmin edilmə
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı
- 5 günlük tam iş qrafiki
- Korporativ mobil nömrə
Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “Trade Marketinq üzrə Menecer” adını mövzu hissəsində qeyd etməklə CV formalarını Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
















