Veysəloğlu-Rossmann
Təchizat üzrə mütəxəssis
Son tarix 11 dek 2023 - [email protected]
Vəzifə funksiyaları:
- Təchizat sifarişlərinin idarə edilməsi (yerləşdirmə, nəzarətdə saxlama, hesabatların hazırlanması və sifarişlərin bağlanması, alışların qeydiyyata alınması) işlərinin təşkili
- Mal və materialların anbara və lazımi strukturlara vaxtında çatdırılmasına nəzarət edilməsi
- Təchizat sorğularına nəzarət edilməsi, sifarişlərin qəbul edilməsi və alışların icrası
- Tender və digər müsabiqələrin keçirilməsi üçün mütəmadi bazar araşdırması edərək potensial tədarükçülərin tapılması, qiymət dalğalanmalarının müəyyən edilməsi və yeni həll yollarının hesabat şəklində rəhbərliyə təqdim edilməsi
- Tədarükçülərlə müqavilələrin bağlanması, müqavilə şərtlərində şirkətin maraqlarının qorunmasına nəzarət edilməsi
- Satınalma prossesinin vaxtında, prosedur və prosseslərə uyğun, ən əlverişli şərtlərlə həyata keçirilməsinə nəzarət edilməsi
- Təchiz olunan mal və xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə təchizatçılarla görüşlərin keçirilməsi
- Rəhbərliyin verdiyi digər tapşırıqların icrası
Namizədə tələblər:
- Ali təhsil;
- Müvafiq sahə üzrə ən azı 1 illik iş təcrübəsi;
- MS Office proqramlarından yaxşı səviyyədə istifadə bacarıqları;
- Komanda ilə işləmək bacarığı,əməkdaşlıq qabiliyyəti,effektiv ünsiyyət,çeviklik;
- Əla səviyyədə Azərbaycan dili, orta səviyyədə Rus və İngilis dili biliyi
Uyğun namizədlər CV-lərini mövzu hissəsində “Təchizat üzrə mütəxəssis” qeyd edərək mail ünvanına yönləndirə bilərlər.