Veysəloğlu MMC
Biznes Proseslərinin idarəolunması üzrə aparıcı mütəxəssis
Son tarix 15 okt 2025 - Müraciət et
Funksiya: Rəqəmsallaşdırma,transformasiya və layihələr direktorluğu/Biznes Proseslərin və Layihələrin idarə olunması şöbəsi
İş şəraiti
- İş yeri: Bakı şəhəri
- İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək
- Əmək haqqı: Müsahibə əsasında təyin olunur
- İş yerinə nəqliyyat vasitəsilə çatdırılma;
- Nahar ilə təmin edilmə;
Vəzifə funksiyaları:
- Yeni biznes proseslərin tətbiqi üçün müvafiq tələblərin incələnməsi və tələbin müəyyənləşdirilməsi;
- Proseslərin effektivliyinin ölçülməsi üzrə zəruri tədbirlərin görülməsi, biznes proseslərin monitorinqinin keçirilməsi;
- Əməliyyat sistemi üzərindən proseslərin izlənilməsi və onların normativ sənədlər formasında tərtib edilməsi;
- Mövcud və gələcək proses vəziyyətlərini vizuallaşdırmaq üçün BPMN kimi metodologiya və alətlərdən istifadə edərək biznes prosesi modelləri yaratmaq
- Biznes proseslərin avtomatlaşdırılması üçün texniki tapşırıqların hazırlanması;
- Biznes prosesləri tənzimləyən daxili normativ sənədlərin hazırlanması və yenilənməsi;
- Birbaşa rəhbərinin tapşırıqlarının vaxtında və keyfiyyətli yerinə yetirilməsi və sorğu əsasında hesabatın təqdim edilməsi.
- Biznes proseslərin təhlili zamanı aidiyyatı olan struktur vahidlərinin nümayəndələri ilə görüşlərin təşkil edilməsi;
- Dəyişikliklərin effektiv həyata keçirilməsini təmin etmək üçün müxtəlif şöbələr və idarəetmə səviyyələri ilə koordinasiya və əməkdaşlıq;
- Şirkətin dəyişən ehtiyac və məqsədlərinə uyğun olaraq biznes proseslərinin davamlı olaraq yenilənməsi və optimallaşdırılması;
Vəzifə tələbləri:
- Ali təhsil (Biznesin idarəedilməsi, “MBA” təhsili arzu olunandır)
- Biznes proseslərinin idarə olunması üzrə və yaxud Biznes konsultantlıq sahəsində 3 il iş təcrübəsi;
- MS Office proqramların biliyi (MS Excel, Word, Power Point, MS Visio yüksək səviyyədə);
- Sahə üzrə beynəlxalq sertifikata malik olması üstünlükdür (Six Sigma Yellow Belt);
- AI alətlərindən (məsələn, ChatGPT, Copilot və s.) effektiv istifadə bacarığı;
- SAP roqramından istifadə təcrübəsi arzuolunandır;
- İngilis və rus dilləri arzuolunandır;
- Məntiqi və analitik düşünmə qabiliyyəti;
- Komandada işləmək bacarığı;
- Problemləri həll etmək bacarığı;
Təminatlar:
Əmək haqqı: Müsahibə əsasında təyin olunur
İş yerinə nəqliyyat vasitəsilə çatdırılma;
Nahar ilə təmin edilmə;
Müraciət qaydaları: Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Biznes Proseslərinin idarəolunması üzrə aparıcı mütəxəssis” qeyd etməklə [email protected] elektron poçt ünvanına və ya https://karyera.veyseloglu.az/ saytına göndərə bilərlər.Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.