Bakıda keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) dövründə (15-24 mayda) Bakının Heydər Əliyev Beynəlxalq Aeroportu ümumilikdə 194 793 sərnişinə xidmət göstərib.
FED.az hava limanına istinadən xəbər verir ki, onlardan 100 mindən çoxu gələn, 94 min nəfəri isə gedən sərnişinlər olub.
WUF13 çərçivəsində Bakıya gələn beynəlxalq nümayəndə heyətləri, dövlət rəsmiləri və forum iştirakçıları nəzərə alınaraq aeroportda əməliyyat koordinasiyası, sərnişin xidmətləri və nəqliyyat bağlantıları üzrə gücləndirilmiş iş rejimi tətbiq olunub.
Sərnişinlərin rahat, təhlükəsiz və fasiləsiz hərəkət etməsi məqsədilə xüsusi nəqliyyat marşrutları təşkil edilib, əlavə mexanizmləri işə salınıb və operativ xidmət həlləri tətbiq olunub. Eyni zamanda, terminal daxilində sərnişin axınının effektiv idarə olunması və xidmət çevikliyinin artırılması istiqamətində qabaqlayıcı tədbirlər həyata keçirilib.
Heydər Əliyev Beynəlxalq Aeroportu beynəlxalq tədbirlərdə yüksək əməliyyat davamlılığının təmin olunması, sərnişin məmnuniyyətinin qorunması və beynəlxalq xidmət standartlarına uyğun təhlükəsiz səyahət təcrübəsinin təqdim edilməsi istiqamətində fəaliyyətini davam etdirir.













