Azərbaycanda 2026-2030-cu illərdə ət məhsulları emalı sahələrinin inkişafı təşviq etdiriləcək.
Məcnun Məmmədov: "Son 5 il ərzində heyvanların sayında azalma müşahidə olunur. Ət istehsalımız istehlakı qarşılaya bilmir"
FED.az xəbər verir ki, bu məsələ "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026−2030-cu illər üçün Dövlət Proqramı"nda əksini tapıb.
Sənədə əsasən, kəsimxanalarda kəsilən iribuynuzlu heyvanlara müəyyən edilmiş şərtlər ilə subsidiyanın, müddətli vergi güzəştlərinin, investisiyaların cəlb edilməsi üçün təşviq mexanizminin tətbiq edilməsi nəzərdə tutulur.
Eyni zamanda ət və ət məhsulları istehsalının həcminin davamlı artırılması hədəflənir.














