Sinteks Group of Companies
Büdcə, xərclərə nəzarət və hesabatlıq üzrə mütəxəssis
Son tarix 11 iyl 2024 - [email protected]
Sinteks Şirkətlər qrupuna hal hazırda Büdcə, xərclərə nəzarət və hesabatlıq üzrə mütəxəssis tələb olunur.
Namizədlərin nəzərinə: Tələblərə diqqət yetirilməsini və CV-də müvafiq bilik və bacarıqların işarə edilməsini xahiş edirik.
Vəzifənin rolu:
Büdcə, xərclərə nəzarət və hesabatlıq üzrə mütəxəssis maliyyə planlaşdırılması, "MHBS”-nin tələblərinə uyğun olaraq maliyyə və idarəetmə hesabatlarının hazırlanması, xərclərə nəzarət prosesində iştirak edir.
Vəzifə öhdəlikləri:
- Şirkətin aylıq, rüblük, illik idarəetmə və illik maliyyə hesabatlarının hazırlanmasında iştirak
- Növbəti il üçün maliyyə planlaşdırılması prosesinə hazırlığın təşkili və büdcənin formalaşdırılması
- Büdcə icraatı və xərclərə nəzarət edilməsi
- Dövr üçün təsdiqlənmiş büdcələrin aylıq və rüblük əsasında plan/fakt hesabatının təqdim edilməsinin icrası
- Satışın plan/fakt hesabatının hazırlanması və təqdim edilməsi
Təhsil:
- Mühasibat, İqtisadiyyat, Maliyyə və ya Biznesin İdarəedilməsi üzrə Ali təhsil
Təcrübə:
- Büdcə / Maliyyə / Mühasibat sahəsində 1 ildən çox təcrübə
Professional biliklər:
- MS Office Proqramları
Professional bacarıqlar və kompetensiyalar:
- Analitik düşüncə
- Ünsiyyət bacarıqları
- Zamanın idarəolunması
- Detallara diqqət
- Məsuliyyət
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Büdcə, xərclərə nəzarət və hesabatlıq üzrə mütəxəssis” qeyd edərək elektron poçt ünvanına göndərə bilərlər.