Sinteks Group of Companies
Marketinq Analitikası və Tərəfdaşlıq Meneceri
Son tarix 20 okt 2024 - [email protected]
1996-cı ildə əsası qoyulan Sinteks Şirkətlər Qrupu, Qafqaz və Orta Asiyanın ən böyük və uğurlu pərakəndə satış şirkətlərindən biridir. Sinteks 100-dən çox dəb, zərgərlik, parfumeriya ve kosmetika, ev əşyaları mağazalarını və 10-a yaxın kafeteriya filialını idarə edir. Şirkət lüks, premium və kütləvi bazar seqmentlərində beynəlxalq markaları təmsil edir.
Sinteks Şirkətlər qrupuna hal hazırda Marketinq Analitikası və Tərəfdaşlıq Meneceri tələb olunur.
Namizədlərin nəzərinə: Tələblərə diqqət yetirilməsini və CV-də müvafiq bilik və bacarıqların işarə edilməsini xahiş edirik.
Vəzifənin rolu:
Marketinq Analitikası və Tərəfdaşlıq Meneceri marketinq məlumatlarının analitikasına nəzarət etmək, bütün marketinq kampaniyalarının səmərəliliyini qiymətləndirmək, müştəri sorğularını planlaşdırmaq və əlaqələndirmək, eləcə də satıcı münasibətlərini idarə etmək üçün məsuliyyət daşıyır. Bununla yanaşı, o, biznes üçün bazar haqqında müvafiq məlumatları toplamaqla Baş Marketinq Direktoruna dəstək verəcək. İşi marketinq strategiyalarını və kampaniyalarını optimallaşdırmaq üçün məlumatlara əsaslanan qərarlar qəbul etməsini təmin etməkdir. Əlavə olaraq, bu vəzifəyə müasir təchizatçı siyahılarının saxlanması, təşkilatlar və məkanlarla yeni əməkdaşlıqlar haqqında danışıqların aparılması və bütün tərəfdaşlıqların şirkətin strateji məqsədlərinə uyğunluğunun təmin edilməsi daxildir.
Vəzifə öhdəlikləri:
Data Analitikası və Analitik Tədqiqat:
- Marketinq təşəbbüslərini dəstəkləmək və bütün marketinq kampaniyalarını ƏPG və biznes performansı baxımından qiymətləndirmək üçün hərtərəfli məlumat analitikası strategiyalarını hazırlamaq və icra etmək;
- Bazar tendensiyaları və müştəri davranışları haqqında anlayışlar toplamaq üçün sorğular və rəy toplama mexanizmləri daxil olmaqla, müvafiq müştəri və bazar araşdırmalarını planlaşdırmaq və həyata keçirmək;
- Müasir data anlayışları və toplama texnologiyalarından istifadə edərək ƏPG-lərə və ümumi marketinq effektivliyinə nəzarət etmək üçün idarə panellərini və hesabat sistemini inkişaf etdirmək və qorumaq.
Təchizatçı və Tərəfdaşlığın İdarə Edilməsi:
- Təchizatçıların, tərəfdaşların, əlaqəli şirkətlərin, influenserlərin və səfirlərin siyahısını yeniləmək, bütün məlumatların dəqiq və əlçatan olmasını təmin etmək;
- Bütün təchizatçılar və tərəfdaşlarla müqavilələri müzakirə etmək və idarə etmək, eləcə də marketinq və biznes məqsədlərinə uyğun gələn şəxs, təşkilat və məkanlarla yeni əməkdaşlıq formalarını müəyyənləşdirmək və əməkdaşlıq qurmaq;
- Tərəfdaşlıqların və təchizatçıların şirkətin qoyduğu standartlara cavab verməsini və ümumi iş performansına töhfə verməsini təmin etmək məqsədilə onların fəaliyyətlərini qiymətləndirmək.
Marketinq Strategiyası, Hesabat və Əməkdaşlıq:
- Data analitikası və tərəfdaşlıq səylərini ümumi marketinq strategiyası ilə uyğunlaşdırmaq, data analitikası vasitəsilə təkmilləşdirmələri müəyyən etmək üçün Baş Marketinq Direktoru və marketinq menecerləri ilə sıx əməkdaşlıq etmək;
- Müasir texnologiyalar və Data Studio-lardan istifadə edərək sorğu nəticələri, data analitikası və tərəfdaşlıq performansı haqqında ətraflı hesabatlar hazırlamaq, etibarlı məlumat analitikası ilə təşkilatın bütün bölmələrini dəstəkləmək;
- Mövsümi qiymət təhlillərinin tərtib olunmasında müştəri xidmətləri üzrə mütəxəssislərə rəhbərlik etmək və müxtəlif məhsul kateqoriyalarında məhsul qiymətləri ilə bağlı tövsiyələr vermək.
Əsas tələblər:
Təhsil:
- Marketinq, Data Analitikası, Riyaziyyat, Biznesin idarə edilməsi və ya əlaqəli təhsil sahəsində bakalavr və ya magistr dərəcəsi, və ya,
- Marketinq, data analitikası, marketinq analitikası və ya əlaqəli sahədə peşəkar beynəlxalq sertifikat (məsələn, CIM, PCM, CDMP və ya ekvivalenti).
Təcrübə:
- Ən azı 2 il rəhbər vəzifədə olmaqla, data analitikası, bazar araşdırması və ya əlaqəli vəzifələrdə ən azı 4 il iş təcrübəsi,
- Geyim mağazası və istehlakçı yönümlü sənayedə təcrübə son dərəcə arzuolunandır.
Professional bacarıqlar və kompetensiyalar:
- Data analitikası alətləri və proqram təminatı sahəsində təcrübə ilə güclü analitik və riyazi bacarıqlar,
- Mükəmməl strateji planlaşdırma və layihələrin idarə edilməsi bacarıqları,
- Güclü danışıq və tərəfdaşlıq münasibətlərinin idarə edilməsi bacarıqları,
- Verilənlərin vizuallaşdırılması və hesabat alətləri üzrə bacarıqlar (məsələn, Tableau, Power BI),
- Sürətlə dəyişən, dinamik mühitdə işləmək və bir çox prioritetləri idarə etmək bacarığı.
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Marketinq Analitikası və Tərəfdaşlıq Meneceri” qeyd edərək [email protected] elektron poçt ünvanına göndərə bilərlər.