"Heel Əczaçılıq Firması" işçi axtarır - MAAŞ 1500-2500 MANAT - VAKANSİYA
"Qartal Tikinti Firması" işçi axtarır - MAAŞ 700-1500 MANAT - VAKANSİYA
Dövlət qurumu işçi axtarır - MAAŞ 800-1000 MANAT - VAKANSİYA
"Express Bank" işçilər axtarır - VAKANSİYALAR
"Ziraat Bank Azərbaycan" ASC işçi axtarır - VAKANSİYA
"Jetour Azerbaijan" işçi axtarır - MAAŞ 2500-3000 MANAT - VAKANSİYA
"VTB Bank Azərbaycan" işçi axtarır - VAKANSİYA
Dövlət qurumu işçi axtarır - VAKANSİYA
Azərbaycan şirkəti işçi axtarır - MAAŞ 2500-3000 MANAT- VAKANSİYA
Azərbaycan Kredit Bürosu işçi axtarır - MAAŞ 1200-1500 MANAT - VAKANSİYA
Qartal Tikinti Firması
İnşaatçı mühəndis
Son tarix 17 mar 2023 - [email protected]
İş yeri: Əsas iş yeri Xəzər dənizindəki SOCAR-ın neft platformaları olacaq, platformada iş olmadığı müddətdə Qartal Tikinti Firmasının Sumqayıt şəhərində yerləşən baş ofisində işləyəcək. Lazım gəldikdə başqa tikinti sahələrinə göndəriləcək.
Əmək haqqı: 700-1500 AZN
Tələblər:
- Minimum 3 il uyğun vəzifələrdə iş təcrübəsi olmalı;
- İnşaatçı mühəndis ixtisası üzrə ali təhsil müəssisəsini bitirmiş olmalı;
- Tenderlərin qiymətləndirilməsi və layihəyə nəzarət bacarığına malik olmalı;
- İngilis dilini bilməsi arzuolunandır;
- Kompüter biliklərinə (word, excel, outlook və s.) malik olmalıdır;
- Layihələndirmə işləri üçün proqramları bilməsi arzuolunandır; (Autocad, Archicad, Tekla Structural )
- Yaşayış yerinin Sumqayıt şəhərində olmasına üstünlük verilir;
- B kateqoriya sürücülük vəsiqəsinin olması arzuolunandır.
İş haqqında məlumat:
- SOCAR-ın dənizdəki neft platformalarında yerinə yetirilən işlərə layihəyə nəzarət və rəhbərlik edilməsi;
- Sahədə işin keyfiyyətlə yerinə yetirilməsinə, tələb olunan çertyoj və sxemlərin düzgün işlənilməsinə nəzarət edilməsi;
- Tenderlərin qiymətləndirilməsi, yerinə yetirilmiş işlər üçün təhvil-təslim aktının sənədləşdirilməsinin layihə koordinatoru ilə birlikdə tərtib edilməsi, sifarişçinin imzalaması üçün hazırlanması;
- İşlərin yüksək keyfiyyətlə, sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühit tələbləri ilə yerinə yetirilməsinə nəzarət edilməsi;
- Sahədə gündəlik yerinə yetirilən işlər haqqında məlumatın fotoşəkilləri ilə Qartal T.F. layihə koordinatoruna göndərilməsi.
İşçi üçün şərait:
- SOCAR-ın neft platformasında işlədikdə maksimum 15 gün müddətinə dənizə ezam ediləcək. 15 gün bitdikdən sonra ofisə dönəcək, işlərini ofisdə və Qartal TF-nın metal-konstruksiya sexində davam etdirəcək. Lazım olarsa növbəlilik prinsipi ilə yenidən dəniz platformasına göndəriləcək;
- Dənizdə neft platformasında işlədiyi günlər üçün razılaşdırılmış əmək haqqına 20% əlavə ödəniş ediləcək;
- Bazar günü işlədiyi günlərin əmək haqqısı ödəniləcək.
- Namizəd iddia etdiyi minimum əmək haqqını CV-də bildirməlidir;
- Nahar yeməyi və telefon rabitəsi firmanın vəsaiti hesabına təmin edilir; Dənizdə işlədikdə yemək SOCAR tərəfindən təchiz ediləcək;
- Ehtiyac yaranarsa ona özünün idarə etməsi şərti ilə xidməti avtomobil təhkim edilir;
- İş günləri 6 günlük iş həftəsi, saat 09:00-18:00 təyin edilir. Bazar günü və bayram günlərində işlədikdə bu günlərin dəyəri əlavə olaraq ödənilir.
Əlaqə vasitələri:
Namizədlərin CV-lərini e-mail adresinə, mövzu hissəsində “İnşaatçı mühəndis” yazmaqla göndərmələri xahiş olunur.
Qartal Tikinti Firmasının ünvanı: Koroğlu prospekti 278, 48-ci məhəllə, Sumqayıt, AZ-5011