Azərbaycan Kredit Bürosu
İstehlakçılarla iş şöbəsi üzrə mütəxəssis
Son tarix 01 mar 2023 - [email protected]
İş qrafiki: Bazar ertəsi – cümə, 09:00 – 18:00
Əmək haqqı: 1200-1500 AZN
Müraciət üçün son tarix: 28.02.2023
Vəzifə öhdəlikləri və fəaliyyətlər:
- Büroya daxil olan sorğu və müraciətlərin məlumat təchizatçıları ilə araşdırılması və cavablandırılmasını təmin etmək;
- Büroya daxil olan sorğular əsasında kredit hesabatlarını hazırlamaq və təqdim etmək;
- Mütəmadi şikayətlərin səbəblərini araşdırmaq və problemlərin aradan qaldırılması üçün təkliflərlə çıxış etmək;
- Büroya kredit hesabatları ilə bağlı daxil olan zənglərə, dəqiq və detallı cavab vermək;
- Rəhbərliyinin tapşırığı əsasında müxtəlif statistik hesabatlar hazırlamaq;
Tələb olunan təhsil və iş təcrübəsi:
- Müvafiq sahə üzrə ali təhsil (hüquq, iqtisadiyyat, maliyyə və s.);
- Bank və ya maliyyə sahəsində minimum 1 il iş təcrübəsi (problemli kreditlər sahəsində iş təcrübəsi olanlara üstünlük verilir);
- Səlis Azərbaycan dili biliyi (rus və ingilis dillərini danışıq səviyyədə bilməsi arzu olunandır);
- Azərbaycan dilində səlis yazmaq bacarığı.
Digər bacarıqları:
- Peşəkarlıq və məsuliyyətlilik;
- Stressə davamlılıq;
- İşdə dəqiqlik və detallara fikir vermə;
- Dinamik komandada işləmə;
- Təşəbbüskarlıq, ünsiyyətcil, nəticəyə fokuslaşma və problemi həll etmə.
Maraqlanan namizədlər CV-lərini mövzu hissəyə “İstehlakçılarla iş şöbəsinin mütəxəssisi” qeyd etməklə göndərə bilərlər.