Pro Con izo MMC
Korporativ satış meneceri
Son tarix 25 apr 2026 - [email protected]
İşin məzmunu:
- Müştərilərlə telefon, e-mail vasitələri üzərindən operativ və peşəkar əlaqənin qurulması;
- Şirkətin məhsul və xidmətləri haqqında müştərilərə ətraflı və düzgün məlumatın təqdim edilməsi;
- Mövcud müştəri bazasının idarə olunması və korporativ müştərilərlə uzunmüddətli əməkdaşlığın qurulması;
- Müştərilər üçün təkliflərin hazırlanması;
- Yeni müştərilərin aktiv şəkildə axtarışı və cəlb edilməsi;
- Satış prosesinin bütün mərhələlərinin koordinasiyası və nəzarətdə saxlanılması;
- Satış göstəricilərinin (plan, dövriyyə və s.) izlənilməsi və mütəmadi hesabatların hazırlanaraq rəhbərliyə təqdim edilməsi;
- Müştərilərlə ödəniş proseslərinin izlənilməsi və vaxtında icrasına nəzarət.
Tələblər:
- Xanım namizəd;
- Satış sahəsində minimum 2 il iş təcrübəsi (inşaat sahəsində təcrübə üstünlükdür)
- Xarici dil biliyi (rus və ya ingilis dili) üstünlükdür;
- MS Office proqramlarında (Word, Excel və s.) işləmək bacarığı;
- Güclü ünsiyyət, təqdimat və danışıqlar aparma bacarıqları;
- Komandada işləmə və vaxtın effektiv idarə olunması bacarığı.
İş Şəraiti:
- İş qrafiki: 6 günlük iş həftəsi (Şənbə: 09:00-dan 13:00-dək);
- Əmək haqqı: 700 AZN (əlavə olaraq satışdan faiz);
- İş yeri: N.Nərimanov rayonu, A.Aqarunov 3-9.
Vakansiya ilə maraqlanan namizədlər öz müraciət anketlərini (CV) Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına mövzu hissəsində “Korporativ satış meneceri” qeyd etməklə göndərə bilərlər.












