North West Construction
Yanacaq Doldurma Məntəqəsi üzrə Nəzarətçi
Son tarix 14 sen 2023 [email protected]
İş yeri: Kəlbəcər
Vəzifə Öhdəlikləri:
- Yanacaq doldurma məntəqə nəzarətçisi birbaşa yanacaq şöbəsinin menecerinə tabedir;
- Yanacaq qəbulu zamanı yanacağın keyfiyyətinin norma və standarlara uyğunluğunu yoxlamaq uyğunsuzluq aşkarlanarsa aidiyyatı rəhbərinə məlumat vermək;
- YDM -də yanacaq doldurma qrafikini tərtib etmək, izləmək və koordinasiya etmək;
- Layihədə texnika və maşınlara paylanılan yanacaqın sərfiyyatı və qalıqları haqqında məlumatların toplanması, hesabatın hazırlanması və göndərilməsində cavabdehdir:
- YDM -də avadanlıqların işlək vəziyyətdə qalmasına ,həmçinin yanacaqdoldurma məntəqələrinin texniki istismarı qaydalarına cavabdehdir;
- Yanacaqların saxlanılması, uçotu və paylanması qaydası haqqında təlimatlara, təhlükəsizlik texnikası və əməyin mühafizəsi təlimatlarına, yanğından mühafizə təlimatlarına riayət edilməsinə cavabdehdir;
- Çəndə olan yanacaq ehtiyyatlarının gündəlik olaraq Layihə təlabatına uyğunluğuna cavabdehdir;
- Yanacaq doldurma məntəqələrində yanacaq qəbulu zamanı gələn yanacağın miqdarının ölçülməsi və qəbul edilən yanacaq miqdarına cababdehdir.
Tələblər:
- Ünsiyyət və yüksək təşkilati və idarəetmə bacarığı;
- Fors-major hallarda sürətli və düzgün qərar qəbul etmə bacarığı;
- Problemi qısa zaman çərçivəsində həll edə bilmə və analiz etmə bacarığı;
- Kompüterdə office programlarında sərbəst işləmək bacarığı;
- Məsuliyyətli və stresə davamlı olmaq;
- Liderlik keyfiyyətlərinə malik olmaq;
Qeydlər:
- Təhsil: Ali və ya Orta-texniki;
- Detallara fikir vermə bacarığı;
- Komandada işləmə, çeviklik və məsuliyyətlilik bacarığı;
- Azərbaycan dili əla, ingilis və rus dillərini bilmək üstünlukdür
- Yanacaq sahəsində iş təcrübəsinin olması mütləqdir.
Maraqlanan namizədlərdən öz CV-lərini mövzuda “Yanacaq Doldurma Məntəqəsi üzrə Nəzarətçi” qeyd edərək [email protected] , [email protected] elektron poçt ünvanlarına göndərmələri xahiş olunur.
Yanacaq Doldurma Məntəqəsi üzrə Operator
Son tarix 14 sen 2023 [email protected]
Vəzifə Öhdəlikləri:
- Yanacaq doldurma məntəqə operatoru birbaşa YDM nəzarətçisinə tabedir;
- Sahəyə gələn yanacağın yanacaq çənlərinə doldurulmasına, boşaldılmasına, sahələrdə olan texnika və avtomobillərə yanacağın paylanmasına cababdehdir;
- Paylanılan yanacağın qeydiyyatını aparması;
- Yanacaq ilə bağlı digər texniki məsələlərə cavabdehdir.
Tələblər:
- Nəqliyyat və yanacaq sahəsi üzrə 1 ildən 3 ilə qədər iş təcrübəsi
Maraqlanan namizədlərdən öz CV-lərini mövzuda “Yanacaq Doldurma Məntəqəsi üzrə Operator” qeyd edərək [email protected] , [email protected] elektron poçt ünvanlarına göndərmələri xahiş olunur.
PO operatoru
Son tarix 14 sen 2023 [email protected]
Vəzifə təlimatı:
- Hesab Faktura Sənədi (İnvoice), Çatdırılma qaiməsi (Delivery Note) , Satınalma tələbiylə (Purchase Request) işləmək
- Nəqliyyat departamentinin nəzdində icarə, xidmət sifarişlərinin (SO-RO) hazırlanması
- Məhsul və Xidmətin alış əməlyatları (tranzaksiya) , Təchizatçı kodların, Məhsul (İtem), Bank ilə əlaqəli məlumatların (price, amount, account) SUNSystem-ə daxil edilməsi
- PO (Purchase Order) hazırlanması
- Məlumat bazasına məlumatların daxil edilməsi
- PO, Hesab Faktura Sənədi (Invoice), Çatdırılma qaiməsi (Delivery Note), Satınalma tələbiylə (Purchase Request) sənədlərinin şəxsi imzası ilə sistemdə arxivləşdiriməsi
Tələblər:
- Təhsil: Ali
- Təcrübə: Müvafiq sahədə 1-3 il
- Kompüter biliyi: MS Office
Müraciət qaydası:
Maraqlanan şəxs,
- Tərcümeyi-halını (CV-sini) [email protected] və ya [email protected] elektron ünvanına göndərməlidir;
- Elektron məktubun mövzusunda “PO Operatoru” sözlərini qeyd etməlidir;
- Namizədliyini göstərilən tələblərə uyğun şəkildə dəstəkləyən istənilən digər sənəd və materialları CV-si ilə birgə təqdim edə bilər.