North West Construction
Boru kəmərinin tikintisi üzrə menecer
Son tarix 28 dek 2022 [email protected]
Əsas öhdəliklər:
- Layihənin SƏTƏM və Keyfiyyət planlarını nəzərdən keçirir və icrasına rəhbərlik edir.
- Mühəndislik fəaliyyətləri zamanı köməkçi tikinti işləri üzrə mühəndis və subpodratçının tikinti menecerləri ilə razılaşdıraraq baş ofisdə layihə üzrə tikintinin istehsal qabiliyyətinin təmin edilməsi planına baxılmasına dair seminarlara kömək edir.
- Tikinti subpodratçısının menecerləri və layihə direktoru ilə razılaşdırmaqla subpodratçı və resurs planını hazırlayır.
- Planlaşdırma mühəndisləri ilə birlikdə tikinti işlərinin qrafikini konkret fəaliyyətlər və müvafiq tamamlanma tarixləri haqqında məlumatlar ilə birgə hazırlayır.
- Tikinti məqsədlərinə nail olmaq üçün bütün əməyin, materialların və avadanlıqların ən sərfəli və səmərəli şəkildə istifadə edilməsini təmin edir.
- Təlimatlara uyğun olaraq tikinti işləri başladır və yuxarıdakı plana uyğun olaraq tamamlanmasını təmin edir.
- Minimum fasilələr və təmir işləri ilə bütün fəaliyyətlərin rəvan başa çatdırılmasını təmin etmək üçün davamlı fənlərarası koordinasiyanı təşviq edərək, tikinti idarə heyətinə rəhbərlik edir.
- Subpodratçının komanda üzvləri ilə əla iş münasibətlərini təşviq edir.
- Qarşıdan gələn işlərin planlaşdırılması cədvəllərinin, əmtəə qrafiklərinin, layihə və texniki sənədlərin və materialların çatdırılması cədvəllərinin hazırlanması və nəzərdən keçirilməsi ilə tikinti işləriüzrə davamlı fəaliyyət sahəsinin mövcudluğunu təmin edir.
- Tikintidə irəliləyiş üçün daima maneələri müəyyənləşdirir və onları həll etmək üçün fəal şəkildə hərəkət edir.
- Gündəlik, həftəlik və aylıq daxili iclaslara sədrlik edir və tapşırıqların vaxtında ləğv edilməsini təmin edir
- Keyfiyyətə Nəzarət və SƏTƏM menecerləri ilə Tikinti Keyfiyyəti və SƏTƏM vəziyyətini davamlı olaraq qiymətləndirir və çatışmazlıqların aradan qaldırılması üçün düzəldici tədbirlərin vaxtında həyata keçirilməsini və uyğunsuzluqların aradan qaldırılmasını təmin edir.
- Layihədə bütün tələblərə əməl edilməsini təmin etmək üçün sifarişçi/podratçı və sertifikatlaşdırma və tənzimləyici orqanlarla əlaqə saxlayır və razılaşır.
- Sistemlərin/alt sistemlərin istismaravermə qrupuna düzgün və vaxtında təhvil verilməsini təmin edir və lazım olduqda kömək edir.
- Tabeliyində olanların fəaliyyətinin davamlı olaraq qiymətləndirilməsi, onlara öz fəaliyyətləri, güclü və zəif tərəfləri barədə rəy bildirmək, təkmilləşdirməli olduqları sahələr üzrə onlara aydın təlimat vermək.
- Bu sistemin öz təşkilatında tikinti sahəsində mərhələli şəkildə tətbiq edilməsini təmin edir.
- Tikinti meneceri tərəfindən qeydə alınan dərsləri nəzərdən keçirir, iclaslara sədrlik edir və növbəti addım üçün yekun siyahını rəhbərliyə qaldırır.
- Hesabat rəhbərinin göstərişi ilə hər hansı digər vəzifələri yerinə yetirmək.
- Zaman zaman tələb olunan digər fəaliyyətlər.
Tələblər:
- Mexanika/İnşaat Mühəndisliyi üzrə ali təhsil və Quruda boru kəmərinin tikintisi layihələrində təcrübəyə malik olmaq.
- Son 5 ili rəhbər vəzifədə olmaqla ən azı 20 il iş təcrübəsi.
- Layihə idarəetmə bacarıqları vacibdir.
- Yüksək enerjili və dinamik olmalı, mükəmməl liderlik və insanlar ilə iş, ünsiyyət, əlaqəqurma bacarıqlarına malik olmalı
Müraciət forması:
- CV-nizi [email protected] və ya [email protected] ünvanına mövzu hissəsində vəzifənin adını göstərərək göndərin.
Briqadir (boru kəməri)
Son tarix 28 dek 2022 [email protected]
Əsas öhdəliklər:
- Yeni layihələrin planlarının təhlükəsizlik standartlarına və sənaye tələblərinə cavab verməsini təmin etmək üçün onları nəzərdən keçirmək və təsdiq etmək.
- İşlərinin vaxtında başa çatdırılmasını təmin etmək üçün torpaqda bərkitmə işçiləri, operatorlar, qaynaqçılar və digər işçilər kimi digər komanda üzvləri ilə əlaqə saxlamaq.
- Bütün boruların quraşdırılması işlərinin vaxtında yerinə yetirilməsini təmin etmək.
- Sahənin hazırlanmasının sənaye standartlarına və tikinti qaydalarına uyğun olmasını təmin etmək üçün layihə sahələrini yoxlamaq.
- Boru kəmərlərini quraşdıran işçilərə nəzarət etmək.
- Quraşdırma tələblərini və planlaşdırma layihələrini müzakirə etmək üçün mühəndislərlə əlaqə qurmaq
- İş sahəsinin hər zaman təhlükəsiz və təmiz olmasını təmin etmək.
- İş sifarişlərini və cədvəllərinin təhlükəsizliyə dair təlimat və tələblərə cavab verməsini təmin etmək üçün onalrı nəzərdən keçirmək.
- Layihələrdə istifadə olunan avadanlıq və materialların inventarının lazım olduqda mövcud olmasını təmin etmək.
Tələblər:
- Ali təhsili.
- Ən azı 5 il briqadir kimi (və ya oxşar) iş təcrübəsi.
- Boru kəmərlərinin cizgiləri haqqında anlayışa malik olmaq.
- Boru kəmərlərinin qaynaq, qazıntı və montaj kimi tikinti texnikaları ilə bağlı təcrübəyə malik olmaq.
- Güclü ünsiyyət bacarıqları.
- Sərt hava şəraitində səyahət etmək və işləmək istəyi.
Müraciət forması:
- CV-nizi [email protected] və ya [email protected] ünvanına mövzu hissəsində vəzifənin adını göstərərək göndərin.
Boru kəməri mühəndisi
Son tarix 28 dek 2022 - [email protected]
Əsas öhdəliklər:
- Boru kəməri ilə bağlı tələbləri müəyyən etmək üçün müştərilərlə görüşmək.
- Boru kəmərinin spesifikasiyalarını və yerləşdirilməsini, habelə nasosun ölçülərini müəyyən etmək üçün sahə araşdırmaları və tədqiqatları aparmaq.
- Xərc smetaları, boru sisteminin sxemi və axın simulyasiyaları kimi texniki materialları hazırlamaq və təqdim etmək
- Materiallar, büdcə və vaxt kimi layihə tələblərini hesablamaq.
- Boru kəməri xəritələri, planlar və mexaniki diaqramlar kimi rəqəmsal dizaynlar yaratmaq və hazırlamaq.
- Boru kəməri infrastrukturunun və sistemlərinin tikintisi və quraşdırılması prosesinə nəzarət etmək.
- Layihənin iş axını və büdcəsini idarə etmək.
- Keyfiyyətə nəzarət qiymətləndirmələrini aparmaq və boru kəmərlərinin bütün texniki və təhlükəsizlik qaydalarına uyğunluğunu təmin etmək.
- Lazım gələrsə, boru kəmərlərinə texniki qulluq, təmir və təkmilləşdirmə işləri aparmaq.
- Dizayn proqram təminatında, texniki standartlarda və tikinti texnikasında ən son irəliləyişlərdən xəbərdar olmaq.
Tələblər:
- İnşaat, mexaniki və ya struktur mühəndisliyi üzrə bakalavr dərəcəsi.
- Boru kəməri mühəndisi və ya oxşar vəzifələrdə minimum 7 il iş təcrübəsi.
- AutoCAD kimi mexaniki dizayn proqramı biliyi
- Boru kəmərlərinin qaynaqlama, qazıntı və montaj kimi tikinti texnikaları ilə bağlı təcrübə.
Müraciət forması:
- CV-nizi [email protected] və ya [email protected] ünvanına mövzu hissəsində vəzifənin adını göstərərək göndərin.