Mobil Group
Satış direktoru
Son tarix 12 apr 2024 - [email protected]
İşiniz nədən ibarətdir?
- Şirkət tərəfindən təyin edilən satış hədəflərinin müəyyən olunmasında iştirak
- Satış hədəflərinin icrasının planlanması və düzgün qiymət siyasətinin qurulması
- Satış qiymətlərini müəyyən etmək üçün rəqabətin və tələb və təklifin qiymətləndirilməsi
- Potensial satış bazarının və müştəri auditoriyasının müəyyən edilməsi
- Müştəri bazasının yaradılması və genişləndirilməsi istiqamətində planların hazırlanması və icra edilməsi
- CRM sistemindən effektiv istifadənin təmin edilməsi və əməkdaşların CRM-dən istifadəsinə nəzarət
- Dövrü (aylıq və rüblük) hesabatların hazırlanıb rəhbərliyə təqdim edilməsi.
- İşçilərə iş yerində təlimlərin keçirilməsi (satış bacarıqlarının artırılması istiqamətində)
- Satış komandasının effektiv idarə edilməsi
- Satış komandasının performansının izlənilməsi və artırılması istiqamətində fəaliyyətlərin icrası
- Yeni müştərilərin və biznes tərəfdaşlarının aktiv axtarışı və cəlb edilməsi
- Layihələr və tenderlərdə iştirakın təşkil edilməsi
Sizdən nə tələb olunur?
- Ali təhsil (marketinq, iqtisadiyyat, menecment üzrə);
- Dil bilikiləri : Rus dili və İngilis dili yaxşı səviyyədə;
- Müvafiq sahə üzrə minimum 5 il iş təcrübəsi (minimum 2 il satışa rəhbərlik stajı olmaqla)
- Korporativ istiqamətdə satış təcrübəsinin olması üstünlükdür
- Komanda qurmaq,işçilərə təsir və onları motivasiya etmək bacarığı
- Bazar araşdırması metodlarını və analizini yüksək səviyyədə bacarmaq;
- Yüksək səviyyədə ünsiyyət, təşkilatçılıq və liderlik bacarıqları;
- Məsuliyyətlilik, analitik düşüncə tərzi.
- Planlama qabiliyyəti
- Task menecment və CRM sistemi ilə işləmə bacarığı
İş şəraiti:
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun sənədləşmə
- Korporativ nömrə ilə təmin edilmə
- 5 günlük iş qrafiki
- Əmək haqqı : (1500 AZN+ satış üzrə bonuslar)
- Ünvan – Əhməd Rəcəbli 27B
Müraciət üçün e-mail ünvanına “Satış direktoru” başlığı ilə CV-lərinizi göndərə bilərsiniz