Lumegrand
Satış direktoru
Son tarix 03 mar 2025 - [email protected]
Biz interyer mallarının satışı ilə məşğul olan və mağazalar şəbəkəsi ilə dinamik inkişaf edən bir şirkətik. Aparıcı istehsalçılarla əməkdaşlıq edərək, mağazalarımızda müştərilərimizə keyfiyyətli və müasir işıqlandırma həlləri təqdim edirik. Biznesin genişlənməsi ilə əlaqədar satış direktoru vəzifəsinə təcrübəli və iddialı mütəxəssis axtarırıq. Bu vəzifə satış komandasının effektiv idarə olunmasını, müştəri bazasının genişləndirilməsini və satış həcminin artırılmasını nəzərdə tutur.
Vəzifə öhdəlikləri:
Satış strategiyasının hazırlanması və inkişafı:
- Şirkətin satış strategiyasının hazırlanması və həyata keçirilməsi.
- Yeni bazarların/satış kanallarının araşdırılması və inkişaf perspektivlərinin müəyyənləşdirilməsi.
- Satış planlarının yerinə yetirilməsinə nəzarət və əsas göstəricilərin (KPI) analizi.
- Korporativ və topdan satış komandasının təşkili və bu yeni satış kanalın inkişaf etdirilməsi
Komandanın idarə edilməsi:
- Satış şöbəsinin işinin təşkili, komandanın formalaşdırılması və inkişafı.
- İşçilərə hədəflərin və tapşırıqların qoyulması, onların icrasına nəzarət.
- Satış menecerləri üçün motivasiya sisteminin hazırlanması və tətbiqi.
- Komanda üçün təlimlərin keçirilməsi, mentorluq və peşəkar inkişafın təmin edilməsi.
Müştərilərlə və tərəfdaşlarla iş:
- Böyük müştərilərlə (B2B və B2C) əlaqələrin qurulması və inkişafı.
- Danışıqların aparılması və iri müştərilərlə müqavilələrin bağlanması.
- Qiymət siyasətinin idarə edilməsi və kommersiya təkliflərinin hazırlanmasına nəzarət.
- Debitor borclarına nəzarət və onların azaldılması üçün tədbirlərin hazırlanması.
Bazar və rəqabət analizi:
- İşıqlandırma bazarında tendensiyaların monitorinqi.
- Rəqiblərin analizi və unikal ticarət təklifinin (UTP) hazırlanması.
- Marketinq şöbəsi ilə əməkdaşlıq edərək yeni müştərilərin cəlb edilməsi.
Biznes proseslərinin optimallaşdırılması:
- Effektiv satış alətlərinin və texnologiyalarının tətbiqi.
- Satış proseslərinin avtomatlaşdırılması, CRM sistemlərinin və analitik alətlərin tətbiqi.
Tələblər:
- Satış sahəsində 5 ildən çox təcrübə (B2B, B2C), xüsusilə işıqlandırma, mebel, elektronika və ya tikinti materialları sahəsində.
- Satış komandasını idarə etmiş yaxud mağaza(lar) idarə etməsində minimum 3 il təcrübə
- Danışıqlar aparmaq və böyük müştərilərlə işləmək bacarığı.
- 1C proqramında işləmək bacarığı yaxud tezliklə mənimsəmək qabiliyyəti
- Analitik düşüncə və məlumatlarla işləmək bacarığı.
- Müasir satış alətlərinin biliyi
- İnkişaf və yeniliklərin tətbiqinə açıq olmaq.
- Yaş həddi 35-50 arası
- Sürücülük vəsiqəsi və şəxsi avtomobili arzu olunandır.
Biz nə təklif edirik?
- Azərbaycan Respublikası Əmək Qanunvericiliyinə əsasən sənədləşmə;
- İş qrafiki: həftə ərzində 6 iş günü, istirahət - həftədə 1 gün
- Əmək haqqı: 2000-2500 AZN + KPI bonusu
Maraqlanan namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini e-mailin mövzu hissəsində “Satış direktoru” sözlərini qeyd edərək Müraciət Et butonunda yerləşən e-ünvanına göndərsinlər.
İşə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar.