Lumegrand
Mağaza Direktoru
Son tarix 26 apr 2025 - [email protected]
Biznesin genişlənməsi ilə əlaqədar Mağaza direktoru vəzifəsinə təcrübəli və iddialı mütəxəssis axtarırıq. Bu vəzifə mağazanın satış komandasının effektiv idarə olunmasını, müştəri bazasının genişləndirilməsini və satış həcminin artırılmasını nəzərdə tutur.
Vəzifələr:
Mağazanın strateji idarə edilməsi:
- Satışın artırılması və mağazanın mənfəətliyinin yüksəldilməsi üçün strategiyaların hazırlanması və həyata keçirilməsi.
- Əsas performans göstəricilərinin (KPI) müəyyən edilməsi və nəzarət olunması.
Ticarət proseslərinin təşkili:
- Mağazanın fasiləsiz işinin təmin olunması, o cümlədən əməliyyat proseslərinin idarə edilməsi.
- Müştəri xidmətinin keyfiyyət standartlarına və korporativ qaydalara əməl olunmasına nəzarət.
- Malların düzgün sərgilənməsi üçün effektiv yerləşdirmə təşkil etmək və planogramların hazırlanmasında iştirak.
- Kassa intizamına riayət olunması və vaxtında inventarizasiyaların keçirilməsi.
Kadr idarəçiliyi:
- Mağaza işçilərinin təlimi, adaptasiyası və inkişafı.
- Tapşırıqların qoyulması, vəzifələrin bölüşdürülməsi və onların yerinə yetirilməsinə nəzarət.
- Daimi toplantıların keçirilməsi, motivasiya və işçilərin fəaliyyətinin qiymətləndirilməsi.
Təchizatçılarla iş:
- Assortimentə nəzarət, malların sifarişi və ehtiyatların idarə edilməsi.
- Təchizatçılarla şərtlərin yaxşılaşdırılması üzrə danışıqların aparılması.
- Malların çatdırılma müddətlərinə və keyfiyyətinə nəzarət.
Maliyyə və inzibati hesabatlılıq:
- Mağazanın büdcəsinə riayət olunmasına nəzarət.
- Mühasibatlıq və şirkətin digər bölmələri ilə əməkdaşlıq.
Mağazanın texniki vəziyyətinə nəzarət:
- Ticarət avadanlıqlarının və işıqlandırmanın texniki xidmətinin təşkili.
- Əmək təhlükəsizliyi və texniki təhlükəsizlik qaydalarına əməl olunmasını təmin etmək.
Müştərilərlə iş:
- Müştərilərlə çətin və münaqişəli vəziyyətlərin həlli.
- Təklif olunan xidmətlərin keyfiyyətinə və müştərilərin fərdi sorğularının yerinə yetirilməsinə nəzarət.
Tələblər:
- Pərakəndə ticarət sahəsində rəhbər vəzifədə iş təcrübəsi (işıqlandırma avadanlıqları sahəsində təcrübə üstünlükdür) – 5 ildən az olmamaq şərtilə.
- Pərakəndə ticarətin, merçendayzinqin və ehtiyatların idarə olunmasının prinsipləri barədə biliklər.
- KPI ilə işləmək, planlama və satış təhlili bacarıqları.
- Kompüter istifadəçisi (1C, MS Office) – əminliklə işləmə bacarığı.
- Yüksək təşkilatçılıq və ünsiyyət bacarıqları.
- Nəticəyə yönəlmişlik və çoxvəzifəlilik şəraitində işləmə qabiliyyəti.
- Yaş həddi 35-45 arası
Şərait:
- Əmək haqqı: 1000 AZN + KPI bonusu
- Peşəkar inkişaf perspektivləri ilə stabil şirkətdə iş.
- İş qrafiki: həftə ərzində 6 iş günü, istirahət - həftədə 1 gün
- Əmək Məcəlləsinə uyğun olaraq rəsmi işə qəbul.
- Mehriban kollektiv və rahat iş şəraiti.
Əgər siz lazımi təcrübəyə maliksiniz və bizim işimizin inkişafına töhfə verməyə hazırsınızsa, CV-nizi elektron poçt ünvanına göndərin.