Lubricant Supplier
Satınalma Mütəxəssisi
Son tarix 05 iyn 2023 [email protected]
Vəzifə öhdəlikləri:
- Ehtimal olunan qiymətin hesablanması üçün bazar araşdırılmasının aparılması və müvafiq formanın təsdiq etdirilməsi
- Elektron satınalmalar portalında və dövlət qəzetlərində satınalma proseduru ilə bağlı elanların yerləşdirilməsi
- İxtisaslaşmış mal göndərənlərin siyahısının hazırlanması və onlara dəvət məktublarının göndərilməsi
- Dövlət satınalmalar haqqında qanunun tələblərinə uyğun olaraq satınalma prosedurlarının həyata keçirilməsi, tenderin əsas şərtlər toplusunun, iclas protokolunun, yekun protokolun hazırlanması və komissiya üzvləri tərəfindən təsdiq edilməsi üçün zəruri tədbirlərin görülməsi
- Tenderin nəticəsi ilə bağlı yekun protokolun müvafiq dövlət orqanına göndərilməsi və qeydiyyata alınması ilə bağlı prosesin nəzarətdə saxlanılması
- Tenderin nəticəsi ilə bağlı bildirişin və müqavilə məlumatının qanunda müəyyən edilmiş müddət ərzində elektron satınalmalar portalında yerləşdirilməsinin təmin edilməsi və iddiaçı şirkətlərə bununla bağlı aksept və məlumat xarakterli məktubların göndərilməsi
- Tender komissiyasının işinin təşkili, iddiaçılardan daxil olan sorğuların cavablandırılması.
- Satınalma müqavilələrinin hazırlanması, təsdiq etdirilməsi, əlavə və dəyişikliklərin hazırlanması, ləğv edilməsi, icrasına nəzarət edilməsi və reyestrinin aparılması.
- Daxil olmuş hesab fakturaların, aktların müqavilə öhdəliklərinə uyğunluğunun yoxlanılması
- Agentlikdə həyata keçirilən satınalma prosedurları ilə bağlı rəhbərlik və digər dövlət orqanları üçün hesabatların hazırlanması
- Xərclərin azaldılması məqsədilə təkliflər vermək
- İnventarizasiya proseslərində iştirak etmək
Vakansiya ilə bağlı tələblər:
- Ali təhsil (maliyyə, iqtisadiyyat);
- Dövlət satınalmaları haqqında qanunvericiliyi bilməli;
- etender.gov.az portalından mütləq istifadə edə bilməli;
- Azərbaycan dilini sərbəst bilməli, rus və ingilis dili arzuolunandır;
- Word, Excel və 1C proqramları ilə işləmək bacarığı olmalıdır.
İş Şərtləri:
- Həftədə 5 iş günü;
- İş saatları: 09:00-18:00;
- Əməkhaqqı: Fix 500 azn + hər müqaviləyə görə əlavə 100 azn
- Ünvan : Məmmədli kəndi, Yeni yaşayış massivi 25/16