Lankaran Springs & Wellness Resort
Gecə əməliyyatları üzrə menecer
Son tarix 28 yan 2025 [email protected]
Şöbə: Qəbul və qeydiyyat
Ünvan: Lənkəran rayonu Haftoni qəsəbəsi
Əsas vəzifələr:
- Gecə növbəsi zamanı Qəbul və Qeydiyyat Şöbəsinin fəaliyyətini idarə edir. Işçiləri yönləndirir. Hər hansı problem, qonaq xahişi və ya xüsusi tələblər haqda gündüz növbəsi ilə əlaqə saxlanmasını və onların icrasını təmin edir.
- Tez-tez oteli gəzir və digər şöbələrin fəaliyyətini yoxlayır. Standartlara cavab verdiyindən, işçilərin dəstəkləndiyidən və qonaq istəklərinə cavab verildiyindən əmin olmaq üçün onların işini yoxlayır.
- Təyin olunmuş qaydalara əsasən qonaqların yerləşdirilməsində şəxsən iştirak edir.
- Bütün qonaq narahatçılıqlarını yüksək qonaqpərvərlik və peşəkarlıqla aradan qaldırmaqla Otelin bütün ərazilərindən olan müştəri məmmuniyyətsizliklərini həll edir, mümkün olduqda xüsusi xahişləri yerinə yetirir; otel xidməti, fəaliyyət saatları, əsas otel işçiləri, daxili tədbirlər, istiqamətlər və s. ilə əlaqədar bütün müştəri xahişlərində köməklik göstərir. Bütün qonaq tələblərinə düzgün formada və vaxtlı-vaxtında cavab verir. Qonaqlarla telefonda və şəxsən ünsiyyətdə olur.
- Gec qonaq gəlişlərini, növbəti gün səhər erkən gəlişlərini nəzərdən keçirir və növbəti günün işini planlayır. Qonaq gəlişlərini, gedişlərini və hesablaşma tələblərini kordinasiya edir. Otaqları bağlayır və çatışmazlıqların olmadığından əmin olur. Xüsusi qonaqlar, Təkrar (Qayıdan) qonaqlar və Qruplara düzgün münasibət göstərildiyindən əmin olmaq üçün gündəlik gələn qonaqlar siyahısını nəzərdən keçirir.
- Bütün maliyyə və kredit prosedurlarına əməl olunduğundan əmin olur. Növbəni təhvil aldığında kredit problemlərini nəzarətdə saxlayır. Bütün ödəmələri, endirimləri, birbaşa hesablaşmaları nəzərdən keçirir. Növbənin sonu bütün ödəmələrin düzgün təsdiqləndiyinə və imzalandığına əmin olmaq üçün Kassirlərin işini yoxlayır.
- Xüsusi bir təlimat olmadan Otel qonaqlarının və işçilərinin sağlamlıq, mühafizə, məmmuniyyət və rifahına aid bütün tədbirləri görür. Hər hansı Otel fövqaladə halları və sağlamlıq təhlükəsi vəziyyətində cəld və effektiv formada hərəkət edir.
- Mümkün olduğunda qonağın adını çəkərək səmərəli və mehriban şəkildə qonaqları qeydiyyatdan keçirir və çıxışını həyata keçirir. Qonaqlara tələb etdiyi otaq növünün verildiyini və düzgün qiymətın tutulmasını təmin etməlidir. Yüklərin qonaq otaqlarına çatdırılmasını təşkil edir. Qonaqlara düzgün açarları təqdim edir. Səyahətin sonunda qonaqların çıxışını həyata keçirir. Qonaqların məmmun qaldıqlarından əmin olur, açarları toplayır, gecikmə cərimələrini göndərir və hesabı qonaqlara təqdim edir. Kredit kartı və ya nağd ödəmə vasitəsi ilə hesabı bağlayır.
- Qonaqların qeydiyyatını və çıxışını aparmaq, gündəlik hesabatları hazırlamaq, gecə yoxlama hesabatlarını hazırlamaq və gələn qonaqlar üçün otaq seçmək və ayırmaq üçün müxtəlif computer proqramlarından istifadə edir.
- Əməkdaşlar və nəzarətçilərlə ahəngdar və peşəkar şəkildə işləyir.
- “Lenkeran Springs Wellness Resort ” standartlarına uyğun fəaliyyət göstərdiyindən əmin olmaq üçün Geyinmə Otaqlarını və İşçi yeməkxanası kimi işçi ərazilərini yoxlayır. Standartlara əməl olunmadıqda İR ilə danışır. Gecə növbəsi üçün İR –ilə yaxından ünsiyyət saxlayır.
Tələblər:
- Ali təhsil
- Yüksək səviyyədə rus və ingilis dili biliyi;
- Bütün aspektlər üzrə mükəmməl ünsiyyət bacarıqları;
- Peşəkar və uyğun işgüzar görünüş və təqdimat;
- Biznes və ya istirahət mehmanxanasında müqayisə edilə bilən vəzifədə minimum 3 il iş təcrübəsi;
- Əla təşkilatçılıq və inzibati bacarıqlar;
- Mükəmməl qonaq xidməti və problemlərin həlli bacarıqları;
- 24 saatlıq əməliyyat tələblərinə cavab vermək üçün çeviklik;
- Elektron cədvəllər və büdcə paketləri ilə hərtərəfli işləmək bacarığı;
- problem sahələrini yaxşılaşdırmaq üçün həll yollarını təqdim etmək və düzəldici tədbirlərin həyata keçirilməsinə kömək etmək;
- Qəbul və qeydiyyat əməliyyatlarının bütün aspektləri üzrə mükəmməl bilik;
Üstünlüklər:
- Təlim və inkişaf proqramlarında iştirak etmək imkanı;
- Otellərdə və digər müvafiq mülklərdə maksimum endirim imkanları;
- Tabia Group rəhbərliyi altında müxtəlif müəssisələrində karyera imkanları;
- Tibbi sığorta;
- Korporativ nömrə;
- Bakıdan Lənkərana transfer;
- Gün ərzində 3 dəfə qidalanma.
Maraqlanan namizədlərdən mövzu yerində Vakansiyanın adını qeyd etməklə CV-lərini elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Yalnız uyğun hesab edilən namizədlərlə əlaqə saxlanılacaq.