Lankaran Springs & Wellness Resort
Maliyyə meneceri
Son tarix 07 fev 2024 - [email protected]
İş yeri: Lənkəran ray., Haftoni qəs.
Əsas öhdəliklər:
- Bütün satış və satınalmaları, Əmək haqqlarının verilməsini və otelin xərclərini izləyir və təsdiq edir.
- Şöbənin struktur vahidlərinin iş fəaliyyətini tənzimləyir və onlara nəzarət edir.
- Aylıq olaraq maliyyə hesabatlarının (PL,BS,CF) hazırlanması və mütəmadi təkmilləşdirilməsinə rəhbərlik edir.
- Şirkətin büdcəyə nəzarət hesabatlarının hazırlanmasına və daim təkmilləşdirilməsinə rəhbərlik edir
- Həyata keçirilən əməliyyatların Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olmasını və müəssisənin öhdəliklərinə nəzarəti təmin edir
- Daxili və xarici audit yoxlamaları nəticəsində uçot və hesabatlarda aşkara çıxarılmış nöqsan və çatışmazlıqların aradan qaldırılması üzrə tədbirlər planını hazırlayır və icrasını təmin edir.
- Büdcə hesabatlarının hazırlanması, dəyişikliklərin edilməsi və şirkətin səlahiyyətli idarəetmə orqanlarına təqdim edilməsi təmin edir.
- Büdcə məlumatları ilə faktiki maliyyə hesabatlarının nəticələrini müqayisəli təhlil edir.
- Mümkün maliyyə risklərinin təhlili və qarşısının alınması üçün təkliflərin verilməsini təmin edir.
- Maliyyə ilə əlaqədar qərarlar qəbul etmək və ya qərarların verilməsi prosesində iştirak etmək
- Otelin aktivlərinin təhlükəsizliyini təmin etmək məqsədilə daxili yoxlamalar təşkil edir və bu yoxlamalara nəzarət edir.
- Şirkətin gəlir və xərclər hesabatının tərkibi barədə məlumatların hazırlanmasını və aidiyyatı şöbələr ilə aylıq olaraq müzakirələrin aparılmasını təmin edir
- Aylıq, rüblük və illik olaraq Vergi bəyannamələrinin verilməsini təmin edir.
- Digər şöbələrin fəaliyyətini dəyərləndirə bilmək və həmin şöbələrin fəaliyyətinin yaxşılaşdırılmasına öz töhfəsini verə bilmək məqsədilə şöbələrin toplantılarında iştirak edir
Namizəd üçün tələblər:
- Maliyyə, Mühasibatlıq, Biznes və ya müvafiq sahədə bakalavr və ya magistr dərəcəsi
- Oteldə müvafiq sahə üzrə minimum 3 il təcrübə.
- MS Office (Word, Excell, 1C 8.3,Iscala) yaxşı bilmək.
- Müştəri yönümlülük və güclü ünsiyyət bacarıqları.
- Güclü analitik və problem həll etmə bacarığı.
- Əməkdaşlıq və komandada işləmək bacarıqları.
- PMS (MHBS üzrə) və Beynəlxalq Maliyyə və Mühasibatlıq sertifikatları üstünlükdü
Təklif edirik:
- Tibbi sığorta (ailəsi ilə birgə )
- Perspektiv və inkişaf
- Bakıdan Lənkərana transfer
- Yaşamaq üçün ev
- İş qrafiki: 09:00- 18:00
- Gündə 3 dəfə qidalanma
- Tam rəsmi qeydiyyat
CV nümunələri “Maliyyə meneceri” başlığı ilə e-mail ünvanına gödərilməlidir.