Aparıcı satınalma mütəxəssisi/Kateqoriya meneceri (HPC istiqaməti)
Son tarix 19 iyn 2022
Vəzifə öhdəlikləri:
-
Bazarda olan məhsulların çeşid və keyfiyyəti haqqında araşdırmaların aparılması;
-
İstehlakçıların tələblərinə uyğun olaraq daim lazımı məhsul kateqoriyaları ilə şirkətin təmin edilməsi;
-
Tabeçiliyində olan məhsul kateqoriyalarının qısamüddətli və uzunmüddətli inkişaf strateqiyalarının hazırlanması və həyata keçirilməsi;
-
Təchizatçılar ilə uzunmüddətli əlaqələrin qurulması;
-
Müvafiq sifarişlərin verilməsi və məhsul-kateqoriya ehtiyatının (stok) planlanmasının idarə edilməsi;
-
Marketinq komandası ilə əməkdaşlığın edilməsi;
-
Rəqiblərin fəaliyyətlərinin daim araşdırılması və bu araşdırmaların nəticəsi olaraq yeni rəqabətqabiliyyətli strateqiyaların hazırlanması və tətbiq edilməsi;
-
Məhsul kateqoriyaların genişləndirməyin yeni yollarının tapılması;
-
Qısamüddətli və uzunmüddətli məhsul satış proqnozlarının və xüsusi hesabat və təhlillərin hazırlanması;
-
Büdcənin idarə edilməsi və izlənməsi.
Tələblər:
-
Ali təhsil;
-
Müvafiq sahə üzrə iş təcrübəsi - 3-5 il (supermarket şəbəkələrində təcrübə arzuolunandır);
-
Səlis Azərbaycan, Rus, İngilis dilləri biliyi;
-
Kateqoriyaların idarə edilməsi sahəsində təcrübə;
-
Marketinq və satış əməliyyatları və prosesləri haqqında dərin biliklər;
-
Analitik düşünmə qabiliyyəti;
-
Yüksək səviyyədə ünsiyyət, təqdimat və komanda ilə işləmək bacarığı;
-
Böyük həcmdə məlumatların təhlilində və proqnozların verilməsində təcrübə;
-
Microsoft Office proqramlarında işləmə bacarığı (Word, Excell, Outlook);
-
CİPS sertifikatları arzuolunandır.
İş şəraiti:
-
İş günləri: I-V günlər;
-
İş saatı: 09:00-18:00;
-
Rəqabət qabiliyyətli əmək haqqı.
Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Çağrı mərkəzi bölməsinin rəhbəri
Son tarix 19 iyn 2022
Vəzifə öhdəlikləri:
-
Çağrı mərkəzinin gündəlik fəaliyyəti üçün effektivliyin və davamlılığın təmin edilməsi;
-
Çağrı mərkəzi əməkdaşları arasında iş bölgüsünün aparılması və düzgün icrasına nəzarət edilməsi;
-
Əlaqə mərkəzində işə qəbul, təlim və əməkdaşın adaptasiya proqramının izlənilməsi;
-
Çağrı mərkəzi operatorlarının telefonla müştərilərə xidmət göstərməsinə və digər proseslərə nəzarət edilməsi;
-
Çağrı mərkəzi operatorlarının performansının əsas göstəricilərlə qiymətləndirilməsi;
-
Şirkətin müştərilərə təklif etdiyi xidmətlər barədə məlumatları emal edərək əməkdaşlara ötürülməsi;
-
Fəaliyyət istiqamətləri üzrə dövri olaraq rəqib şirkətlərin Çağrı Mərkəzlərinə zəng vasitəsilə monitorinqlərin təşkili və müqayisə əsasında təkliflərin hazırlanması;
-
Ölkə və Xarici bazarda müştəriyə yönəlmiş xidmətlərin monitorinqi, müqayisə edilməsi və təkliflər portfoliosunun hazırlanması;
-
Çağrı Mərkəzi operatorlarının işçi və müştəri anlayışı əsasında müştərilə danışma tərzi haqqında tövsiyyələrin verilməsi və FAQ-nun hazırlanması;
-
Çağrı Mərkəzində yaranan problemlərin araşdırılması və müvafiq intizam tədbirləri ilə bağlı rəhbərliyə təkliflərin olunması;
-
Birbaşa rəhbərlik tərəfindən verilən şifahi və yazılı tapşırıqların yerinə yetirilməsi və hesabatın təqdim edilməsi.
İş barədə məlumat:
-
İş günləri: 5 günlük;
-
İş saatı: 09:00-18:00.
Tələblər:
-
Ali təhsil;
-
Səlis Azərbaycan və Rus dili biliyi, İngilis dili biliyi üstünlükdür;
-
Microsoft Office proqramlarında işləmə bacarığı (Word, Excell, Outlook);
-
Müştəri xidmətləri sahəsində iş təcrübəsi - 1 il;
-
Komanda ilə işləmək və idarə etmək bacarığı.
Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Kreditor (Cəlilabad)
Son tarix 19 iyn 2022
Vəzifə öhdəlikləri:
-
Müştərilərə kredit məhsulları haqqında məlumatın verilməsi;
-
Kredit müraciətlərinin qəbul və analiz edilməsi;
-
Kredit portfelinə nəzarətin həyata keçirilməsi;
-
Müştəri hesablarının aparılmasına dair xidmətlərin göstərilməsi;
-
Verilmiş kreditlərə dair xidmətlər və onların monitorinqinin aparılması.
Tələblər:
-
Ali təhsil;
-
Müvafiq sahə üzrə iş təcrübəsi arzu olunandır;
-
Səlis Azərbaycan dili biliyi, Rus dili biliyi üstünlükdür;
-
Analitik zəka, müştərilərlə işləmək qabiliyyəti;
-
Riyazi hesablama aparmaq qabiliyyəti;
-
Ünsiyyətcillik, təşəbbüskarlıq;
-
Komandada işləmək bacarığı;
-
Mükəmməl kommunikasiya qabiliyyəti;
-
İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti.
İş şəraiti:
-
İş günləri: hər 3 gündən bir istirahət günü;
-
Rəqabət qabiliyyətli əmək haqqı.
Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.