Kontakt Home
Proqram təminatı üzrə mühəndis (Middle Backend Developer)
Son tarix 05 yan 2025 - Müraciət et
Təsvir:
- Yeni proqram təminatı və modulların yazılması;
- Kodlaşdırma zamanı qəbul edilmiş prinsip və standartların (Best Practices) nəzərə alınması;
- Proses zamanı qarşıya çıxan problemlərin analizi və aradan qaldırılması;
- Yazılmış hər bir modul və ya həllin müvafiq testlərlə dəstəklənməsi;
- Sənədləşdirmə və mövcud sənədləşdirmənin təkmilləşdirilməsi;
- Proqram təminatının daha sonrakı mərhələlərdə dəstəklənməsi.
İş şəraiti:
- İş günləri: I-V günlər;
- İş saatı: 09:00-18:00.
Tələblər:
- OOP və Design Pattern-lərlə nəzəri və praktiki biliklər;
- ASP.NET CORE(.NET 5+), RESTful API’s, ORM’s(EF Core, Dapper);
- SQL və SQL SERVER RDBMS-lə praktiki təcrübə;
- Git SCM -lə işləmə bacarığı;
- Unit və inteqrasiya testləri yazmaq bacarığı;
- Minimum texniki səviyyədə ingilis dili biliyi.
Sistem üzrə mühəndis
Son tarix 05 yan 2025 Müraciət et
Vəzifə öhdəlikləri:
- IT İnfrasturkturun – server, iş stansiyaları, avadanlıq və proqram təminatınn fasiləsiz fəaliyyətinin təşkil və təmin edilməsi
- Monitorinq və loqlamaların düzgün şəkildə aparılmasının təmin edilməsi, monitorinq nəticələrinə əsasən infrastrukturun inkişafı ilə bağlı təkliflərin hazırlanılması;
- Şirkətin sabit IT sisteminin işinə və korporativ təhlükəsizlik standartlarına riayət edilməsinin təmin edilməsi;
- Ən son proqram versiyalarının quraşdırılması üçün dəstəyin təmin edilməsi;
- Şəbəkə arxitekturasının vəziyyətinin monitorinqi, problemlərin araşdırılması və həlli;
- İnfrasturktur üçün texniki səndələşmənin təşkili və sistemdə edilən dəyişikliklərin qeydiyatının aparılması.
Tələblər:
- Server və virtualizasiya sistemləri üzrə təcrübə;
- Şəbəkə üzrə biliklər;
- System bilikləri (Windows Server, MS Active Directory, MS Exchange, EDR, Proxy, Logging-Audit, Ticketing Systems);
- Paylanmış proqram arxitekturaları, konteyner (Docker) və orkestrləşdirmə (Kubernetes) sahəsində təcrübə arzu olunandır;
- Əsas və Test mühitin qurulması və idarə olunması üzrə təcrübə;
- Ali təhsil (Kompüter elmləri və ya informasiya texnologiyaları sahəsi üzrə);
- Səlis azəybaycan dili biliyi, yaxşı səviyyədə ingilis dili biliyi, rus dili biliyi arzu olunandır;
- İnformasiya texnologiyaları sahəsində ən azı 3 il iş təcrübəsi;
- Müvafiq sahə üzrə sertifikatların olması üstünlükdür;
- Detallara və nəticəyə yönümlülük;
- Ünsiyyət qurma bacarığı;
- Komandada işləmə bacarığı.
İş şəraiti:
- İş günləri: I-V günlər;
- İş saatı: 09:00-18:00.
Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
İradların həlli üzrə inzibatçı
Son tarix 05 yan 2025 Müraciət et
Vəzifə öhdəlikləri:
- Çağrı mərkəzinə daxil olan irad müraciətlərinin qəbul edilməsi, eyni zamanda digər sualların operativ cavablandırılması;
- Qəbul olunan zənglərin sistemdə qeydiyyatının aparılması;
- Zərurət olduğu halda geri dönüş zənglərinin edilməsi;
- Müştərilərin irad və təkliflərinin dinlənilməsi və aidiyyatı üzrə yönləndirilməsi;
- Hər ayın son iş günü mövcud olan problemlərlə bağlı hesabatın hazırlanması.
Tələblər:
- Ali təhsil;
- Səlis Azərbaycan və Rus dili biliyi;
- Müştərilərlə ünsiyyət qurma bacarığı;
- Səlis və aydın intonasiya ilə danışıq bacarığı;
- Məsuliyyətlilik və inkişafa meyillilik;
- Stresə davamlılıq;
- Kollektivdə komanda ilə işləmə bacarığı.
İş şəraiti:
- İş günləri: 5 iş günü, 2 gün istirahət;
- İş saatı: 09:00-18:00 / 12:00-21:00.
Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır
Korporativ kommunikasiya layihələri üzrə mütəxəssis
Son tarix 05 yan 2025 Müraciət et
Vəzifə öhdəlikləri:
- Şirkətin strategiya, məqsəd və dəyərlərinə uyğun hərtərəfli korporativ kommunikasiya strategiyalarının hazırlanması və həyata keçirilməsi;
- Press-relizlər, çıxış nitqləri, məqalə, bloq yazıları, xəbər bülletenləri və vebsayt məzmunu daxil olmaqla daxili və xarici kommunikasiya kanalları üçün yaradılan məzmunların redaktəsi, ehtiyac olduqda yazılması;
- Media orqanları, jurnalistlər və digər KİV nümayəndələri ilə əlaqələrin qurulması və inkişaf etdirilməsi;
- Böhran kommunikasiyalarının effektiv idarə edilməsi;
- Daxili kommunikasiya strategiyasının yaradılması və tətbiqində iştirak;
- Şirkətin missiya və dəyərlərinin əməkdaşlara aşılanması məqsədilə mütəmadi olaraq bu istiqamətdə layihələrin hazırlanması və icrası;
- PR layihələrinin büdcələndirilməsinə iştirak, hesabatlılığın aparılması;
- Şirkətin Korporativ Sosial Məsuliyyət strategiyasına uyğun olaraq sosial layihələrin təşkili və idarə edilməsi
- Mətbuat konfransı, brifinq, dəyirmi masaların, rəhbərliyin ictimaiyyətlə görüşlərinin təşkil edilməsi, işıqlandırılması və press-turların təşkili;
- Ölkədaxili və ölkəxarici səfərlərdə iştirak və onların işıqlandırılmasının təmin edilməsi;
- Podratçı şirkətlər ilə əlaqələrin qurulması və idarə edilməsi;
- Rəhbərlikdən gələn digər tapşırıqların yerinə yetirilməsi.
Tələblər:
- Ali təhsil (İctimaiyyətlə Əlaqələr, Jurnalistika, Marketinq və ya müvafiq sahə üzrə);
- Səlis azərbaycan dili biliyi, xarici dil biliyi üstünlükdür;
- Mükəmməl yazılı və şifahi kommunikasiya və təqdimat bacarıqları, detallara diqqət;
- Sahə üzrə minimum 5 il iş təcrübəsi:
- Korporativ brendinq anlayışı, nüfuz idarəçiliyi və böhran kommunikasiyaları anlayışları üzrə dərin biliklər;
- Korporativ Sosial Məsuliyyət layihələrinin idarə edilməsi üzrə təcrübə;
- Texnoloji yeniliklər, elektronika məhsulları barədə məlumatlı olmaq üstünlükdür;
- İdarəçilik və liderlik bacarıqları, kollektiv və fərdi işləmə bacarığı;
- Operativlik, dəqiqlik və yüksək icraçılıq bacarığı.
İş şəraiti:
- İş günləri: I-V günlər;
- İş saatı: 09:00-18:00.
Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Sosial media üzrə inzibatçı
Son tarix 05 yan 2025 Müraciət et
Vəzifə öhdəlikləri:
- Sosial şəbəkələrdə rəsmi səhifəyə gələn müraciətlərin (şərh və mesajlar) cavablandırılması;
- Müştəri məmnuniyyətinin təmin edilməsi;
- Satış yönümlü yazışmaların aparılması;
- Daxil olan müraciətlərin qrammatik yazı qaydalarına uyğun cavablandırılması;
- Sosial mediada şirkət haqda rəylərin monitorinq edilməsi.
Tələblər:
- Ali təhsil;
- SMM üzrə iş təcrübəsi arzu olunandır;
- Səlis Azərbaycan və Rus dili biliyi (şifahi və yazılı);
- Punktuallıq və pozitivlik;
- Stresə dözümlülük.
İş şəraiti:
- İş günləri: I-VI günlər;
- İş saatı: 09:00-18:00 / 13:00-22:00 (növbəli).
Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Çağrı mərkəzi operatoru
Son tarix 04 yan 2025 Müraciət et
Vəzifə öhdəlikləri:
- Daxil olan telefon zənglərinin cavablandırılması;
- Sistem üzrə zənglərin qeydiyyatının aparılması;
- Müştərilərin məhsul və xidmətlərlə bağlı konsultasiya edilməsi;
- Müştərilərin şikayət, təklif və tövsiyyələrinin dinlənilməsi və ya müvafiq şəxsə yönləndirilməsi.
Tələblər:
- Ali təhsil;
- Səlis Azərbaycan və Rus dili biliyi;
- Müştərilərlə ünsiyyət qurma bacarığı;
- Səlis və aydın intonasiya ilə danışıq bacarığı;
- Xoş səs tonu;
- Məsuliyyətlilik və inkişafa meyillilik;
- Stresə davamlılıq;
- Emosiyalarını idarə etmə bacarığı;
- Kollektivdə komanda ilə işləmə bacarığı.
İş şəraiti:
- İş günləri: hər 3 gündən bir istirahət günü;
- İş saatı: 09:00-17:00/10:00-18:00/11:00-19:00/13:00-21:00(Növbəli).
Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Baş merçendayzer
Son tarix 04 yan 2025 Müraciət et
Vəzifə öhdəlikləri:
- Mağaza şəbəkəsi üçün merçendayzinq standartlarının hazırlanması və tətbiq edilməsi;
- Merçendayzerlər komandasının işinin təşkili: tapşırıqların paylanması və yerinə yetirilməsinə nəzarət;
- Təsdiq edilmiş planogramlara, yerləşdirmə standartlarına və vizual tərtibata riayət olunmasına nəzarət;
- Qiymət kağızlarının, promo materiallarının və reklam elementlərinin mövcudluğuna və aktuallığına nəzarət;
- Alıcıların diqqətini cəlb etmək üçün yeni məhsulların və aksiya mallarının düzgün yerləşdirilməsinin koordinasiyası;
- Məhsul yerləşdirilməsinin effektivliyinin təhlili və satışları artırmaq üçün təkliflərin hazırlanması;
- Mövsümi və tematik təqdimatların planlaşdırılması üçün digər şöbələri ilə əməkdaşlıq;
- Merçendayzinq standartlarının yerinə yetirilməsi ilə bağlı hesabatların hazırlanması, məhsul satışı ilə əlaqəli təhlillər aparılması;
- Məhsul çeşidin optimallaşdırılması və alıcı təcrübəsinin yaxşılaşdırılması ilə bağlı təkliflərin hazırlanması;
- Elektronika sahəsində merçendayzinq trendlərinin və tətbiqlərinin izlənməsi və şəbəkədə ən yaxşı həllərin tətbiqi.
Tələblər:
- Müvafiq sahə üzrə iş təcrübəsi: 3 ildən;
- Merçendayzinqin qaydaları üzrə dərin biliklər;
- Tez öyrənmək və uyğunlaşmaq bacarığı;
- İş ilə bağlı səyahət etmək imkanı;
- İdarəetmə bacarıqları.
İş şəraiti:
- İş günləri: I-VI günlər.
Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır