Kapital Bank
Sənədlərin qeydiyyatı və dövriyyəsi bölməsinin kiçik mütəxəssisi
Son tarix 22 mar 2023 [email protected]
Öhdəliklər:
- Daxil olmuş xidməti sənədləri və digər korrespondensiyaları qəbul etmək;
- Zərflərin və ya bağlamaların salamatlığını müəyyənləşdirmək;
- Zərf açılarkən sənədlərin çatışmadığı, zədələndiyi, nömrələrin zərfin üstündə göstərilən nömrələrə uyğun gəlmədiyi, əməkdaşın adının səhv, yaxud natamam yazıldığı, həmçinin bu tipli digər problemlər aşkar edilərsə aidiyyatı üzrə araşdırmaq;
- Bankın filiallarından, digər təşkilatlardan, həmçinin vətəndaşlardan daxil olmuş və göndərilən sənədlərin qeydiyyatını aparmaq, sənədləri çatdırılması üçün şöbənin digər əməkdaşına təhvil vermək;
- Telefon zənglərinə cavab vermək, əməkdaşlara müfafiq dəstək göstərmək;
- Banka gələn qonaqları qarşılamaq, şəxsiyyət vəsiqələrini qəbul edərək qeydiyyatdan keçirmək və qonaqları aidiyyəti üzrə yönləndirmək;
- Banka gələn müştəriləri dinləmək,qeydiyyatını aparmaq və aidiyyatı üzrə yönləndirmək;
- Əmək müqaviləsi, Şöbənin əsasnaməsi, habelə fəaliyyətinə dair digər bankdaxili korporativ aktların müvafiq göstərişlərindən irəli gələn başqa funksiyaları icra etmək;
- Birbaşa rəhbəri, İdarə Heyəti sədri, tərəfindən verilən, Müşahidə Şurası və bankdaxili komitələrin qəbul etdiyi qərarlardan, əmək müqaviləsindən, filialın Əsasnaməsi və fəaliyyətinə dair bankdaxili korporativ aktlardan irəli gələn tapşırıq və sərəncamları qeyd-şərtsiz yerinə yetirmək və s.
Tələblər:
- Ali təhsil;
- Azərbaycan dilində səlis yazı və danışıq qabiliyyəti;
- Rus dili mütləqdir, ingilis dili arzuolunandır;
- Bankçılıq sahəsi haqqında ilkin anlayış;
- Tez öyrənmə bacarıqları, problemlərin həlli və ya həll yolları təklif etmə;
- Detallara diqqət, dəqiqlik və təcili işlərə həssaslıq;
- Microsoft Word, Excel və internetdə işləmə bacarığı;
- Təşəbbüskarlıq və məsuliyyətlilik qabiliyyəti.
Əgər təklifimiz Sizə maraqlıdırsa, https://hr.kapitalbank.az/ portalımızdan qeydiyyat keçərək və yaxud [email protected] email ünvanına CV göndərərək vakansiyamıza müraciət eləyə bilərsiniz.
KOS kreditlərin təhlili şöbəsində kiçik mütəxəssis və ya mütəxəssis
Son tarix 22 mar 2023 [email protected]
Öhdəliklər:
- Əmək müqaviləsi, departamentin Əsasnaməsi, habelə fəaliyyətinə dair digər bankdaxili korporativ aktların müvafiq göstərişlərindən irəli gələn funksiyaları icra etmək;
- Müraciətlər əsasında Kiçik və orta sahibkarlıq subyektləri üzrə kreditləşmə və sənədli əməliyyatların aparılması, restrukturizasiya və ya şərtlərinə əlavə və dəyişikliklərin edilməsi üzrə müştərinin təhlili həyata keçirmək və onlar barədə rəy vermək;
- Kreditləşmə üzrə bankdaxili qaydaların pozulması, risklərin düzgün qiymətləndirilməməsi və ya təminatın kifayət olmamasını yoxlamaq;
- Kredit komitəsində müraciətlər üzrə müzakirələrdə iştirak etmək;
- Vəzifə funksiyalarından irəli gələn və rəhbərlik tərəfindən verilən göstərişlər əsasında digər öhdəlikləri icra etmək.
Tələblər:
- Ali təhsil; (İqtisadi, maliyyə və ya riyazi sahə üzrə ixtisas)
- Bank sahəsində müvafiq sahə üzrə minimum 1 illik iş təcrübəsi;
- Maliyyə hesabatlarının hazırlanması və təhlili qaydaları;
- ACCA F3/FFA, ACCA F7/FR (arzuolunan);
- Yüksək səviyyədə Excel bacarığı (reportların və excel şablon/kalkulyatorların hazırlanması);
- Excel VBA biliklərinin olması arzuolunandır;
- PowerPoint və prezentasiya proqramları üzrə işləmək;
- Müxtəlif növ hesabatların qurulması və onların avtomatlaşdırılması;
- Analitik düşünmə və operativ qərarvermə qabiliyyəti;
- Məsuliyyətlilik və dəqiqlik.
Əgər təklifimiz Sizə maraqlıdırsa, https://hr.kapitalbank.az/ portalımızdan qeydiyyat keçərək və yaxud [email protected] email ünvanına CV göndərərək vakansiyamıza müraciət eləyə bilərsiniz.
KOS kreditlərin təhlili şöbəsinin aparıcı mütəxəssisi
Son tarix 22 mar 2023 [email protected]
Öhdəliklər:
- Kredit, qarantiya skorinq prosesi kredit, qarantiya sifarişlərinə baxmaq və təhlil etmək;
- Kredit, qarantiya skorinq modellərininin təkminləşdirilməsində iştirak etmək, bu istiqamətdə təkliflər vermək;
- Kreditləşmə prosesləri üzrə protokol, təhlil, memorandum, kalkulyator və s. formaların qurulmasında, təkminləşdirilməsində iştirak etmək, bu istiqamətdə təkliflər vermək;
- Müraciətlər əsasında Kiçik və Orta Sahibkarlıq subyektləri üzrə kreditləşmə və sənədli əməliyyatların aparılması, restrukturizasiya və ya şərtlərinə əlavə və dəyişikliklərin edilməsi üzrə müştərinin təhlili həyata keçirmək və onlar barədə rəy vermək;
- Kreditləşmə üzrə bankdaxili qaydaların pozulması, risklərin düzgün qiymətləndirilməməsi və ya təminatın kifayət olmamasını yoxlamaq;
- Kredit komitəsində müraciətlər üzrə müzakirələrdə iştirak etmək;
- Vəzifə funksiyalarından irəli gələn və rəhbərlik tərəfindən verilən göstərişlər əsasında digər öhdəlikləri icra etmək.
Tələblər:
- Ali təhsil;
- Bank sahəsində kredit və qarantiya məhsulları üzrə ən azı 1 il iş təcrübəsi olmalı;
- Analitik düşünmə və operativ qərarvermə qabiliyyəti;
- Qarantiya və kredit məhsulları sifarişləri üzrə təhlil bacarığı;
- Maliyyə hesabatlarının hazırlanması və təhlili qaydaları;
- ACCA F3/FFA, ACCA F7/FR (arzuolunan);
- Yüksək səviyyədə Excel bacarığı (reportların və excel şablon/kalkulyatorların hazırlanması);
- PowerPoint və prezentasiya proqramları üzrə işləmək bacarığı;
- Müxtəlif növ hesabatların qurulması və onların avtomatlaşdırılması istiqamətində təklifləri vermək;
- Yüksək ünsiyyətqurma qabiliyyəti.
Əgər təklifimiz Sizə maraqlıdırsa, https://hr.kapitalbank.az/ portalımızdan qeydiyyat keçərək və yaxud [email protected] email ünvanına CV göndərərək vakansiyamıza müraciət eləyə bilərsiniz.