Hikvision Co
HR mütəxəssis
Son tarix 17 mar 2024 - [email protected]
İş barədə məlumat:
- HR strategiyalarının hazırlanması və həyata keçirilməsi
- Şirkətin təşkilati strukturunun yaradılması və optimallaşdırılması (müasir HR texnologiyalarının tətbiqi)
- Vakant yerlər üçün iş elanları hazırlanması və elanların saytlarda yerləşdirilməsi (bazanın artımı)
- Kadrların işə qəbulu və qiymətləndirilməsi, yeni işçilərin uyğunlaşdırılması
- Əmək qanunvericiliyi ilə işləmək, kadr sənədlərinin aparılması
- İşə qəbul və işdən azad olunan işçilərin sənədləşməsinin təşkil edilməsi, elektron hökumət portalında müvafiq əməliyyatların icrası, əmək kitabçalarında qeydiyyatın aparılması
- Prosedur qaydalarının və vəzifə təlimatlarının hazırlanması
- İşçilərin aylıq davamiyyət cədvəlinin tərtib olunması, məzuniyyət cədvəlinin hazırlanması, izlənməsi və sənədləşmənin həyata keçirilməsi
- Hesabatların tərtib olunması və müxtəlif qurumlardan daxil olan müraciətlərin cavablandırılması və s.
Namizədə tələblər:
- Ali təhsil
- Yaş : 25-40
- Sahə üzrə minimum 3 il iş təcrübəsi
- AR Əmək Məcəlləsini yaxşı səviyyədə bilməli
- E-Gov hökümət portalı və ƏMAS , Microsoft ofis proqramlarından sərbəst istifadə bacarığı
- Əla ünsiyyət bacarıqları və komandada işləmək bacarığı
- Strateji planlaşdırma, analitik düşünmə bacarığı.
- Detallara diqqət, məsuliyyət və işə proaktiv yanaşma.
- Dinamik mühitdə və təzyiq altında işləmək bacarığı
Biz təklif edirik:
- Şəhərin mərkəzində rahat ofis və çevik iş şəraiti
- Yenilikçi və dinamik inkişaf edən şirkətdə işləmək
- Peşəkar və karyera yüksəlişi üçün imkanlar
- Rəqabətli əmək haqqı və müavinətlər paketi
- Yeni ideya və yanaşmalara açıq mühit
İş rejimi: Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun sənədləşmə. Həftə içi 5 gün Saat 09:45 -18:45 (şənbə günü qısa iş günüdür)
Əmək haqqı: 1000 AZN (müsahibə əsasında dəyişilə bilər)
Ünvan: Şərq bazarın yaxınlığı (metro 28 may)
Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini elektron ünvanına Subject/Mövzu hissəsində “HR mütəxəssis” qeyd etməklə göndərmələri xahiş olunur.