Green Food Group
HR mütəxəssis
Son tarix 05 avq 2023 - [email protected]
Vəzifə öhdəlikləri:
- Cəmiyyətdə işləyən işçilərin işdən çıxarılması, yeni işçilərin işə qəbul edilməsi, məzuniyyətlərin verilməsi, vəzifə və ya peşələrinin dəyişdirilməsi, vəzifələrin təyin olunması, mükafatlandırılması, ezamiyyət əmrlərinin verilməsi və işçilərin siğortalanması ilə bağlı sığorta işlərinin rəsmiləşdirilməsi;
- İntizam tənbehlərinin rəsmiləşdirilməsi;
- Vəzifə təlimatlarının yazılması;
- Əmək kitabçalarını əmrlər əsasında doldurması və qorunması;
- Cəmiyyətin işçilərinin şəxsi işlərini aparılması və formalaşdırılması;
- Cəmiyyətin işçilərinə cari və keçmiş əmək fəaliyyətləri barədə arayışların verilməsi;
- Məzuniyyət qrafikini tərtib etmək, işçilərə məzuniyyətlərin verilməsini əmrləşdirmək və uçotunu aparmaq, verilən məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət etmək;
- İşçilərin davamiyyətinin izlənməsi və dəqiq uçotunun aparılması;
- Davamiyyət hesabatının gündəlik olaraq rəhbərliyə təqdim edilməsi;
- Əmək haqqı kartlarının sifariş verilməsi;
- İşçilərin tibbi arayışlarının vaxtında yenilənməsinə nəzarət etmək;
- Rəhbərliyin tələb etdiyi hesabatları hazırlamaq;
- İnsan Resursları üzrə menecer tərəfindən verilən tapşırıqları dəqiq və vaxtında icra etmək;
Namizədə tələblər:
- Ali Təhsilli
- Müvafiq sahə üzrə ən az 1-2 il iş təcrübəsi;
- Təşkilati, analitik və idarəetmə bacarıqları;
- Yaxşı səviyyədə 1 C (8.3) və Excel bilikləri
- Yaş həddi : 22-30
İş şərtləri:
- 5 günlük iş qrafiki;
- Əmək haqqı: 600-700 AZN
- Karyera inkişafı imkanı
- İş yeri Xətai pr.
- Nahar şirkət tərəfindən təmin olunur.
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini elektron ünvanına mövzu yerinə “İnsan Resursları üzrə mütəxəssis” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.