Finans AS
Baş Mühasib
Son tarix 07 sen 2023 - [email protected]
Təhsil: Ali.
İş təcrübəsi: 3 ildən başlayaraq
Yaş: 28 - 40 yaş
Əmək haqqı: 2000 AZN net
İş vaxtı: 1-5-ci günlər, saat 8:00 – 17:00
Əlavə qeydlər:
- İstehsalat şirkətində təcrübəsi olanlara üstünlük verilir
- PMS sertifikatı olanlara və ya Vergi məcəlləsindən yeni təlim keçmiş şəxslərə üstünlük verilir
- Dil bilikləri: Rus dili- yaxşı, İngilis dili – arzu olunandır
- İş yeri Qaradağ ərazisində yerləşir.
- Çatdırılma şirkət tərəfindən təmin edilir.
- Nahar şirkət tərəfindən təmin edilir.
İş barədə məlumat:
- Mövcud qanunvericiliyə uyğun olaraq müəssisənin rəsmi maliyyə nəticələrinin dəqiq uçotunu təşkil etmək;
- Mühasibat uçotunun aparılması qaydalarını rəhbər tutaraq rəsmi mühasibat uçotunun aparılmasını təşkil etmək;
- İlkin və mühasibat sənədlərinin rəsmiləşdirilməsi;
- Bank hesabları üzrə ödənişlərin həyata keçirilməsi;
- Rəsmi hesabatların (Vergi, DSMF, Statistika) hazırlanması (aylıq, rüblük və illik) və təqdim olunması;
- Elektron Qaimə Faktrura, Hesab Fakturalarının tərtib edilməsi və göndərilməsi;
- Dövlət orqanları ilə gündəlik yazışmalar. Kargüzarlığa daxil olan məktubların operativ cavablandırılması;
- Şəxsi hesab vərəqənin yoxlanılması;
- Daxil olan e-qaimələrin yoxlanılması üçün maila göndərilməsi və təsdiq edilməsi;
- Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
- Əsas vəsaitlər üzrə amortizasiya hesablanması;
- Anbarın izlənilməsi, inventarizasiya, yoxlanılması və nəzarət;
- 1C və ERP proqramları üzrə mühasibat balansının yığılması;
- Kreditor və debitorlar ilə hesablamaların qeydiyyatının aparılması;
- Kreditor və debitorlar ilə üzləşmələrin aparılması;
- Əmək haqqı, məzuniyyət haqqı, ezamiyyət və s. əmək haqqı ilə bağlı sənədlərinin hazırlanması, hesablanması və ödənilməsi;
- İdxal olunanacaq mallara görə müqavilələr üçün gömrük kodlarının alınması;
- Banklar üçün qarantiyalar ilə bağlı hesabatların hazırlanması, lazım olan dövlət arayışlarının alınması üçün e-kargüzarlıqdan müraciətlərin göndərilməsi;
- Ay sonu maliyyə hesabatlarının hazırlanması (Balans Sheet, P&L, Cashflow);
- Rəhbərliyə təqdim edilən gündəlik hesabatlar:
- Pul vəsaitlərinin qalıqları, Debitor Kreditor borcları qalıqları, Büdcə, Bank və s.