“Buta Construction” Qapalı Səhmdar Cəmiyyəti Hövsan qəsəbəsində 2 hündürmərtəbəli binanın tikinti layihəsi üçün aşağıdakı vakansiya üzrə namizəd axtarır:
Vəzifə: İş icraçısı
İş yeri: Bakı şəhəri
İş təcrübəsi: müvafiq sahə üzrə 5 ildən az olmayaraq iş təcrübəsi
Təhsil: Ali təhsil
Punktual, aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmalı.
Əmək haqqı – müsahibə əsasında 1200 AZN-dən başlayaraq
İşin məzmunu:
Növbə üzrə işlərin idarə olunmasını, briqadaya daxil olan işçilərin təlimatlandırılmasını və iş prosesinə nəzarəti həyata keçirən, məhsuldarlığın artmasını təmin etmək üçün avadanlıqlara nəzarət etməyə cavabdehdir.
Vəzifə və öhdəliklər:
• Briqada üzrə nəzarət, briqadaya daxil olan işçilərin bir-biri ilə əlaqələndirilməsi, bütün briqada üzrə fəaliyyətin hesabatın verilməsi və keyfiyyət tələblərinin yerinə yetirilməsi;
• İşlərin şifahi planlaşdırılması və təşkil olunması.
• Təmir proqramına əsasən gündəlik işlərin yerinə yetirilməsi.
• İşləri vaxtında başa çatdırmaq üçün bütün zəruri sahə resurslarının (işçi qüvvəsinin, avadanlıqların, materialların və s.) səmərəli istifadə olunması və yoxlanılması.
CV üçün e-mail: [email protected] (İş icraçısı başlığı ilə göndərməniz xahiş olunur).
“Buta Construction” Qapalı Səhmdar Cəmiyyəti Hövsan qəsəbəsində 2 hündürmərtəbəli binanın tikintisi layihəsi üçün aşağıdakı vakansiya üzrə namizəd axtarır:
Anbardar
Vəzifə öhdəlikləri:
• Anbarda olan mal və materialların təhlükəsizliyinə, saxlanılması rejiminə, sənədləşdirmə və mədaxil-məxaric sənədlərinin təhvili qaydalarına riayət olunmasını təmin etmək;
• Anbarda malların qəbulu, yerləşdirilməsi və buraxılması işlərini idarə etmək;
• Anbarda mal və materialların müvafiq sistem və ardıcıllıqla və səliqə ilə yığılması və yerləşdirilməsini təmin etmək;
• Bütün mal dövriyyəsinin yalnız təsdiq edilmiş sənədlər(qaimə) əsasında olmasını təmin etmək; istisnalar barədə dərhal mühasibatlığı məlumatlandırmaq;
• Sahəni tələb olunan mal, yanacaq və sürtkü material ilə təmin etmək, saxlanılması, sərfiyyatına nəzarəti təmin etmək və sərfiyyata dair hesabat vermək;
• Əmək təhlükəsizliyi və sağlamlığın mühafizəsi, istehsalat sanitariyası və yanğından mühafizə qaydalarına riayət etməklə anbarda yükləmə - boşaltma işlərini təşkil etmək;
Tələblər:
• Ali təhsil
• Tikinti sahəsində anbar təsərrüfatı üzrə 3 il iş təcrübəsi
• MS Office, 1C proqramlarında işləmə bacarığı
• İş rejimi - 6 günlük
• Əmək haqqı - 700 AZN
• İş yeri: Bakı şəh., Hövsan qəsəbəsi
CV üçün e-mail: [email protected] (Anbardar başlığı ilə göndərməniz xahiş olunur).
“Buta Construction” Qapalı Səhmdar Cəmiyyəti Hövsan qəsəbəsində 2 hündürmərtəbəli binanın tikinti layihəsi üçün aşağıdakı vakansiya üzrə namizəd axtarır:
Vəzifə: Mühafizəçi
İş yeri: Bakı şəh., Hövsan qəsəbəsi
İş rejimi - 6 günlük İş növbəli qrafikə əsaslanır
İş təcrübəsi: müvafiq sahə üzrə 1-3 il iş təcrübəsi
Komandada işləmək bacarığı, punktual, aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmalı.
Əmək haqqı – 250 AZN
Vəzifə öhdəlikləri:
• Təlimata əsasən tapşırılan obyektin müəyyən olunmuş vaxt çərçivəsində xidmət etdiyi ərazidə olmaq və onun təhlükəsizliyini təmin etmək.
• Vəzifə yerini istisna hallar xaric tərk etməmək
• Hadisələrə qarşı diqqətli davranmaq
• Baş verən hadisə barədə növbə rəisini mütəmadi olaraq məlumatlandırmaq
• Obyekti periodik olaraq gəzərək, göstərilən təlimatların təşkilini aparmaq.
• Təşkilatın girişində növbə çəkir: işçiləri, qonaqları, nəqliyyatı onların təqdim etdikləri müvafiq sənədlər üzrə təşkilatın ərazisinə və geriyə buraxır.
• Şirkətin etik normalarına uymaq
• Hadisə zamanı hər bir detalın öyrənilməsi və məruzə edilməsi
Təminatlar:
CV üçün e-mail: [email protected] (Mühafizəçi başlığı ilə göndərməniz xahiş olunur).