Buta Agro
Kadr və inzibati işlər üzrə mütəxəssis (Kadr / SƏTƏM / Ofis İnzibatçılığı)
Son tarix 17 mar 2026 - [email protected]
Sumqayıt İstixana kompleksi. Kadr uçotu, SƏTƏM sənədləşməsi və ofis inzibatçısı funksiyalarını cəmləşdirən pozisiyaya namizəd tələb olunur.
Vakansiya haqqında:
- İş yeri: Abşeron rayonu, Pirəkəşkül kəndi, İstixana kompleksi
- İş rejimi : Həftədə 6 gün
- Əmək haqqı başlangıc : 800 azn
Vəzifə öhdəlikləri:
- Əmək Məcəlləsinə, əsasnaməyə və rəhbərin əmrlərinə müvafiq olaraq kadr kargüzarlığının təmin edilməsi;
- Gündəlik davamiyyət cədvəllərinə nəzarət edilməsi;
- İş vaxtının uçotu cədvəlinin hazırlanması;
- İşçi ehtiyacının müəyyən edilməsini təmin edir;
- Yeni əməkdaşların işə adaptasiya dövründə düzgün istiqamətləndirilməsini, İnsan Resursları ilə koordinasiyası və yaranan problemlərin həll edilməsi;
- Əməyin mühafizəsi qaydalarına nəzarət;
- Təhlükəsizlik təlimatlarının hazırlanması və tətbiqi;
- SƏTƏM sənədlərinin hazırlanması və uçotu;
- Ofisdə gündəlik inzibati işlərin idarə edilməsi;
- Rəhbərliyin tapşırıqlarının icrası;
Təhsil və iş təcrübəsi:
- Ali təhsil
- Sahə üzrə minimum 1 il təcrübə.
Bilik və səriştələr:
- Azərbaycan Respublikası-nın Əmək məcəlləsini və qanunvericilikdəki dəyişiklikləri
- SƏTƏM üzrə bilik və ya sertifikat üstünlükdür
- MS Office proqramlarında sərbəst işləmək
- Sənədlərlə işləmə və təşkilatçılıq bacarığı
- Məsuliyyətli, sistemli və çoxşaxəli işi idarə edə bilən
Müraciət qaydası:
Zəhmət olmasa CV-lərinizi Müraciət Et düyməsində göstərilən e-mail adresinə göndərin. CV-ləri göndərərkən başlıq yerinə “Kadr və inzibati işlər üzrə mütəxəssis (Sumqayıt)” qeyd etməyi unutmayın.











