Buta Agro
İnsan Resursları üzrə mütəxəssis - ZİRƏ
Son tarix Bu gün - [email protected]
Vəzifə öhdəliyi:
- Əmək Məcəlləsinə, əsasnaməyə və rəhbərin əmrlərinə müvafiq olaraq işçilərin işə qəbulu, başqa vəzifəyə keçirilməsi, işdən azad edilmələrinin, bütün növ məzuniyyətlərin, intizam tənbehlərinin və mükafatlandırılmaların vaxtında rəsmiləşdirilməsi və həyata keçirilməsi;
- Aylıq tabellərin hazırlanması;
- Əmək haqqı kartlarının sifarişinin təmin edilməsi;
- İşçi ehtiyacının müəyyən edilməsi;
- İşçilərlə bağlı sənədləşmələrin aparılması üçün müvafiq proses və proseduraların hazırlanması və həyata keçirilməsi;
- İşçilərin yüksək əmək məhsuldarlığı göstərmələri üçün motivasiya edilməsi;
- Yeni əməkdaşların işə adaptasiya dövründə düzgün istiqamətləndirilməsini, İnsan Resursları ilə koordinasiyasını və yaranan problemlərin həllini təmin etmək;
- KPİ sisteminin hazırlanması və aparılması,
Bacarıqlar:
- Ünsiyyət/təqdimat bacarıqları və əlaqələr qurmaq qabiliyyəti;
- Təşkilatçılıq və vaxtı səmərəli idarəetmə bacarığı;
- İşgüzarlıq;
- Komandada işləmək bacarığı
- MS Office proqramlarından (xüsusilə, Excel, Word ) istifadə bacarıqları
Tələblər:
- Ali təhsil
- Sahə üzrə 1 il iş təcrübəsi
- Azərbaycan Respublikası-nın Əmək məcəlləsini və qanunvericilikdəki dəyişiklikləri
- MS Office kompüter proqramlarından sərbəst istifadə etmək bacarığı;
- Zirə, Qala, Binə qəsəbəsində yaşayan namizədlərə üstünlük veriləcək.
Təminatlar:
- Əmək haqqı: 700 AZN
- Servis və nahar ilə təmin edilir.
- İş qrafiki 6 günlük
Vakansiyaya uyğun namizədlər CV-lərini “İR üzrə mütəxəssis-ZİRƏ” başlığı ilə Müraciət Et düyməsində göstərilən e-mail ünvanına göndərə bilər.